Faiq QİSMƏTOĞLU: BİR FAMİL KİŞİ VARDI...

FAİQ QİSMƏTOĞLU
36634 | 2019-04-02 13:59

O,Ağdamsız yaşaya bilmədi

MənFamil kişini şəxsən tanımırdım. Onun oğlu Elşənlə ötən əsrin 70-ci illərindədostluq eləyirdik. Elşən də, mən də beşmərtəbənin yaxınlığndakı evlərdə kirayənişinqalırdıq. Və hər gün də beşmərtəbənin qabağındakı "pereqovornu”da tez-tez görüşərdik.Ağdam uşaqları ora yığışardı...

Elşən həmağayana oğlandı, həm də dostluğa sədaqətli. Tez-tez deyirdi ki, atam Ağdamdanbizə pay göndərib. Gəl gedək qonağımız ol! Ancaq mən heç vaxt yemək dalıncaqaçan adam olmamışam. Elşənlə də dostluğumuz təmənnasız, heç bir maraq olmadan70-ci illərdən bu günə qədər davam eləyib.Cəmi bir dəfə ondan dost kimi xahiş eləmişəm, o da mənim qardaşım oğluna təmənnasızkömək göstərib.

Bax, ovaxtlardan Elşənin atası Famil Yunis oğlu Vəliyev mənim yadımda ağayana, mərd,qürurlu bir kişi kimi qalıb. O Famil kişi ki, yaşadığı uzun ömrü qürurla, ləyaqətlə,namusla başa vurub. Harda işləyibsə, harda çalışıbsa, orda çox böyük hörmət,nüfuz qazanıb.

Aprelin1-də dostum Elşəndən mənə zəng gəldi. O dəqiqə telefonu açdım və onun kədərli səsinieşitdim:


- Faiq,nə var, nə yox? Aqil müəllimə demişdim atam rəhmətə gedib. Onun haqqında da əlimizdəyazılar var. İstəyirik qəzetdə çap olunsun. Aqil müəllim də mənə dedi ki, o materiallarıver Əbülfətə. Əbülfətlə telefonla danışdım, o da bildirdi ki, Faiq sənin işyerinə daha yaxındır, özü də uzun müddət dostluq eləyirsiniz. Elə materiallarıda Faiqə verərsən. Sən harda qalırsan?

- YeniGünəşlidə, "Ballı” marketin yanında.

- Onda bir saata ora gələcəm.

Heç birsaat keçmədi ki, yenidən mənə zəng vurdu.

-"Ballı”nın qabağında səni gözləyirəm.

- Üç dəqiqəyəgəlirəm...

Bir neçədəqiqədən sonra özümü görüş yerinə çatdırdım. Maşında əyləşib məni gözləyirdi.Heç maşından düşməli hava da deyildi. Yaz yağışı ara vermədən yağırdı...

... Qapınıaçıb yanında əyləşdim. "Allah rəhmət eləsin” – deyib başsağlığı verdim. Sonrada gileyli-gileyli dilləndim:

- Kişi rəhmətəgedib mənə deməmisən.

- Bayramaxşamı olduğu üçün heç kimə bildirmədik. İstəmədik ki, dostların bayramını vəovqatını korlayaq. Kişini dəfn elədik, həttaQəbələdə üçünü də verdik.

Bu sözlərideyib Elşən kövrəlir. Aradakı kədəri götürmək üçün onunla keçmişi xatırlayıram.Deyirəm ki, rəhmətlik Famil dayı çox yaxşı adamıydı, ağsaqqal idi, el-oba üçünsinəsini qabağa verən kişiydi...

Yadımadüşdü. Bir dəfə rəhmətlik Famil kişiylə həyat yoldaşı Elşənin anası rəhmətə gedəndəgörüşmüşdük. Orta boylu, ağsaçlı nurani bir adam idi. Hiss olunurdu ki, bu kişidünyanın hər üzünü görüb və həmişə də sərt dünyanın üzündən və imtahanındanalnı açıq çıxıb. O, təkcə yaxşı kişi deyildi, həm də gözəl ailə başçısı, ata,yaxşı baba və yaxşı da insan idi...

FamilYunis oğlu Vəliyev 1930-cu ildə Ağdamrayonunun Şelli kəndində anadan olub. Müəllimlər İnstitutunu bitirdikdən sonraelə öz doğma kəndində tarix müəllimi olaraq əmək fəaliyyətinə başlayıb. Ağdamrayon Komsomol Komitəsində, daha sonra rayon komitəsində instruktor işləyib.1960-cı ildə daxili işlər orqanına işə qəbul olub. O, müxtəlif vaxtlardaAğdamda yerləşən 8 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində direktor, Daxiliİşlər Nazirliyinin Şuşa həbsxanasında baş əməliyyat müvəkkili, Dağlıq QarabağMuxtar Vilayətində Daxilıi İşlər İdarəsində baş əməliyyat müvəkkili, Mirbəşirrayon (indiki Tərtər) Daxili İşlər Şöbəsi nəzdində xüsusi komendaturanın rəisi,Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsində növbətçi hissə rəisi,Mirbəşir rayon (indiki Tərtər) Daxili İşlər Şöbəsi nəzdində xüsusikomendaturanın rəisi, Mingəçevir şəhər Daxili İşlər İdarəsi nəzdində xüsusikomendaturanın rəisi, Şamxor rayonu (indiki Şəmkir) Daxili İşlır Şöbəsi nəzdindəxüsusi komendaturanın rəisi, Dağlıq Qarabağ Muxtar vilayəti Əsgəran rayonuDaxili İşlər Şöbəsində rəis müəvini, Şuşa şəhərində yerləşən Daxili İşlərNazirliyinin Şuşa həbsxanasının rəisi, Ağdam rayonu Papravənd kəndində yerləşənDaxili İşlır Nazirliyi nəzdində 3 saylı cəzaçəkmə məntəqəsində rəis vəzifələrində çalışıb və sonuncu işyerindən fərdi təqaüdə çıxıb.

O, Ağdamrayonu işğal olunandan sonra məcburi köçkün olaraq Qəbələdə məskunlaşıb. Qəbələdədə Famil kişi hər gün, hər an Ağdam havasıyla yaşayıb. Və hər gün, hər dəqiqəgözləyib ki, nə vaxtsa Ağdama qayıdacaq. Onun hər cür şəraiti, imkanları vardı.Hər cür şəraiti və imkanları olan bu kişi heç vaxt Ağdamsız yaşaya bilmirdi.Ağdamsız hər gün onun üçün cəhənnəm əzabına bənzəyirdi. Ən azından ona görə ki,bu kişinin ürəyi və qəlbi həmişə Ağdamladöyünüb.

Famil Vəliyevheç vaxt özü və ailəsi üçün yaşayan kişilərdən olmayıb. Ağdam işğal olunandansonra bir ayağı o torpaqlarda, o səngərlərdə, o döyüş yerlərində olub. Bu adamöz şəxsi hesabından Ağdam rayonununmüdafiəsi üçün bir ədəd "Ural” avtomaşını üzərində "BM-21” markalı qrad raketqurğusu, bir ədəd "BMP-1” markalı piyadaların döyüş maşını, iki ədəd uzaq vuranartilleriya döyüş topu, bir ədəd mina atan döyüş silahı alaraq hərbi hissələrəaktla təhvil verib. Bütün bu döyüş texnikalarının "N” hərbi hissələrinə verilməsiilə bağlı hüquqi sənədlər bu gün də durur.

Familkişi bir el ağsaqqalıydı, bir ziyalıydı, bir vətənini, torpağını, Qarabağınısevən böyük ürək sahibiydi. Famil kişi həm də sözübütöv, mərd, ağayana, haqqı vəədaləti deməkdən çəkinməyən bir ürək sahibiydi. Famil kişi balalarını sevdiyi qədər,nəvələrini sevdiyi qədər, doğmalarını sevdiyi qədər vətənini və Qarabağısevirdi.

Buağsaçlı nurani kişi indi Allahın dərgahındadır. Və Allah-Təala da əməli-salehinsanları, haqqı uca tutan, vicdanlı adamları həmişə öz dərgahında saxlayır.Allah bu nurlu kişiyə, bu ağsaqqal adama, bu vətəni sevən insana rəhmət eləsin!Onun qəbrini, məzarını nurla doldursun!

Beləkişilərin övladları, nəvələri də həmişə el-oba içində alnı açıq, üzü ağ olacaq, onunla qürur duyacaqlar. Bizcə,bundan böyük var-dövlət, bundan da böyük xətir-hörmət yoxdu. Bir daha "Allah sənərəhmət eləsin, Famil dayı” – deyirik. Yerin cənnət olsun!..


TƏQVİM / ARXİV