adalet.az header logo
  • Bakı 18°C
02 Aprel 2019 13:11
13801
İDMAN
A- A+

CANLANIR HƏR QARIŞ YER SUMQAYITDA, CANLANMIR TƏKCƏ FUTBOL SUMQAYITDA

Bizim komanda, yəni «Qarabağ» «Sumqayıt»a qalib gəldi. Təbii ki, mənim üçün xoşdu. Amma bir məsələ mənim üçün heç də xoş deyil. Ötən il «Sumqayıt» çox gözəl təsir bağışlayırdı. Elə bu mövsümün əvvəlində də. Və əslində komanda millimiz üçün bir bazaya çevrilməkdə idi. Çünki hamısı yerli futbolçularıydı. «Sumqayıt» həm də «Qarabağ» və «Neftçi»dən sonra ən çox azarkeşi olan klubdu. Stadionu həmişə dolu olur, çox güclü azarkeş dəstəyi var, bu da məni sevindirir.

Amma son zamanlar bu komandanın uğursuz çıxışları bir futbolsevər kimi məni çox üzür. Belə bir gözəl stadionu, belə güclü bir azarkeş dəstəyi olan klub getdikcə nüfuzunu itirir.

Komandanın rəhbərliyi, baş məşqçisi, oturun bir əməlli-başlı götür-qoy edin. Bizi «Sumqayıt»sız qoymayın!

Aqil ABBAS