adalet.az header logo
  • Bakı 13°C
02 Aprel 2019 10:50
31005
ŞOU-BİZNES
A- A+

Ramal qardaşının saxlanıldığı qalmaqallı videodan danışdı: “Cəzasını alacaq”

Müğənni Ramal İsrafilov çılpaq qızların videosuna görə saxlanılan qardaşı Valeh İsrafilov haqda açıqlama yayıb.

Adalet.az xəbər verir ki, o, "İnstagram" hesabında yazıb: "Mənim üçün çox əziz, dəyərli Azərbaycan xalqı. Məni sevən həm də sevməyən və bəlkə də qəzəbli olan hər kəsə dərin hörmət və sevgi ilə yazıram bu düşüncələrimi. Hər kəsin lənətlədiyi, lakin hər kəs tərəfindən də dayanmadan, bəh-bəhlə paylaşılan, bu videonu reytinq və izləyici toplamaq naminə guya qınamaq üçün tirajlayan "insanlar" və "xəbər saytlar"ı... Məlum 3 qız videosunun yayıldığı ilk gün mən də elə sizin kimi dost-tanışda gördüm. Hələ bu hadisənin kimlər tərəfindən və necə törədildiyi haqqında araşdırmalar başlamamışdı. Yəni bu video məsələsində mənim də qardaşımın adının hallanacağını heç təsəvvürümə belə gətirməyəcəyim bu hadisəyə reaksiyam sizin indiki reaksiyanız kimi oldu. Bu hadisəni qınadım, bu hadisəni nə Azərbaycan kişisinə, nə də Azərbatcan qadınına yaraşdırmadım. Bu videoda çılpaq qızlar haqqında düşündüklərinizin eynisini videonu çəkən və paylaşanlar haqqında düşündüm.Bir kişi yetişdirsən o bir fərd olar, Bir qadın yetişdirə bilsən, o ulus olar, millət olar. Bu baxımdan qadınlar mənim üçün çox dəyərlidir. Azərbaycan xanımları mənim analarımdır... Azərbaycan xanımları mənim bacılarımdır... Elə həm də o kişiləri böyüdəndir... Eyni zamanda bu və ya bu kimi videolarda qızların həyatını puç edən hər uğurlu və zəngin kişinin arxasındakı dəyərli varlıqdır. Bu toplumu yetişdirən, "Kişiyə olar, amma qadına olmaz" deyib qadını kişiyə əzdirəndir. Qızı olanda dünyaya gətirməkdən imtina edib, oğlu oldu deyə başqa qadınlara acıq verəndir... Qaynanadır, baldızdır, xaladır, bibidir... Bu çəmiyyətdə nə qədər ki qadınlar qadınlara hörmət etməyəcək, həmcinsi ilə həmrəy olmayacaq, sevməyəcəksə kişilərdən də qadınlara qarşı yüksək dəyərlər gözləməsin. Qadın qadını dəyərləndirsəydi, bu gün qadınlar əzilməz, nə də öldürülməzdi... Lakin, bir müddət sonra, qınadığım bu video haqqında yayılan xəbərlərdə qardaşım Valehin adını gördüm və hadisəni yenə də sizin kimi saytlardan oxudum. Və artıq Valehi Ramal İsrafilovun qardaşı kimi təqdim edirdilər. Beləcə istəməyərək məsələdə adı hallanan birinə cevrildim. Bəli, məsələdə adı hallanan Valeh, eyni zamanda hər şeydən xəbərsiz olan Vüsal və mən qardaşıq. Doğruları və yalnışları ilə onlar mənim qardaşlarımdır. Qardaşın, bacının, oğulun, qızın, ananın və atanın səhvlərinə görə onları kəsib ata bilmərik. Axı ət dırnaqdan ayrılmaz. Ayrılanda da acısı betər olur... Qardaş olsaq da, ayrı fərdlərik və hər fərd öz əməllərinə cavabdehdir. 5 barmağın beşinin də eyni olmadığı kimi hər ailədə də insanlar eyni deyil və bir birinin səhvlərinə cavabdeh deyil. İnsan səhvsiz olmur və biz səhvlərimiz üzərində öyrənirik. Səhvlərimiz bizə doğru yolu tapmağımıza kömək edir".

Müğənni qardaşının qanun qarşısında cavab verməli olduğunu qeyd edib: "Əgər səhvlərinə və günahlarına görə insanları linç etsək, Orta əsrlərdəki kimi inkvizisiya məhkəməsi qurub onları cəzalandırsaq o zaman bu cəmiyyətin qanunları, hüquq və məhkəmə sistemi nəyə lazımdır? Ya da Hz.İsanın təklif etdiyi cəzalandırma sistemini tətbiq etsək yəni ilk daşı səhvi olmayan atsın desək, kim birinci daş atar? Var mı belə biri aramızda? Bu ölkənin qanunlarından üstün şərh və düşüncə yoxdur mənim üçün. Əgər insanlar səhv edirsə onlar qanun qarşısında hesab verib cəzalarını alacaqlar. Qanun və hüquq heç kəsə üstünlük vermir və hər kəs bərabərdir. Qanun nəyi deyirsə biz də ailə olaraq bunu deyirik. Bu məsələdə hər kəsi biraz səbirli və o videoda olan xanımlara qarşı da həssas olmağa dəvət edirəm. Biz nə qədər insanları alçaltsaq gələcəkdə namus adı ilə törədiləcək cinayətlər ehtimalını artıyacağıq. Alova əlimizdə benzinlə getməyək, su ilə gedək. O qızlarımızın həyati təhlükəsini düşünək və etdikləri səhvləri düzəktməyə fürsət verək. İnsanlara düzəlmə imkanı yaradaq. Axı ən pozğun insanın belə düz yola, haqq yoluna gəldiyi nümunələr də var. Allah bizə sonsuz səbr göstərib, sonsuz əvf fürsəti verib, tövbə qapısını həmişə üzümüzə açıq qoyduğu halda biz niyə bu qapıları bu gənclərin üzünə bağlayırıq? Bu qəzəbin, kinin qaynağı nədir, nədəndir? Gənclərin adəti səhv etmək, böyüklərin də adəti onları başa salıb düz yola çağırmaqdır, bağışlamaqdır.

Bu hadisə əminəm ki, hər kəsə bir dərs verdi. Mən də öyrəndim ki, qohum da olsa ən çətin anlarda hər kəs ilk növbədə özünü düşünür və bəlkə də düşünməlidir. Bildiyim odur ki, ətrafımda baş verən hadisələri anlamayacaq qədər körpə, unudacaq qədər də yaşlanmamışam. Hər kəsə kənarda durub hadisələri şərh etmək ya da dərhal hakim kürsüsünə çıxıb mühakimə etmək çox asan gəlir. Bu sözüm isə ünvanlıdır. Bu gün keçmişinə dönüb baxmağa utanan, hətta hekayəsi qarmaqarışıq və bulanlıq olanlar indi "namus keşikçiləri" olub əxlaq dərsi keçir. Bu dərsinizi özünüz də yaxşı öyrənsəniz daha təsirli danışarsınız".

Qeyd edək ki, çılpaq qızların videosuna görə saxlanılan Valeh İsrafilov xalq artisti Mələkxanınm Əyyubovanın qardaşı oğlu, müğənni Ramal İsrafilovun isə qardaşıdır.