adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Aprel 2019 10:36
15047
DÜNYA
A- A+

Səudiyyə Ərəbistanı öldürülən jurnalistin övladlarına mülklər bağışladı

Səudiyyə Ərəbistanı hökuməti öldürülən jurnalist Camal Haşqacının övladlarına Qara dəniz sahilində, Ciddə şəhərində mülklər bağışlayıb.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, mülklərin ümumi dəyəri 4 milyon dollardan çoxdur. Camal Haşqacının böyük oğlundan başqa, digər övladları ABŞ-da yaşayır və həmin mülkləri satmağı planlaşdırır.

Xatırladaq ki, Camal Haşqacı 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxıb.