Səngərdən “Ədalət”ə

ƏBÜLFƏT MƏDƏTOĞLU
43409 | 2019-04-02 10:22

Onu nəşriyyatındəhlizində görəndə gözlərimə inanmadım. Doğrudur, öncədən telefon əlaqəsisaxlamışdı, iş yerimi, ünvanımısoruşmuşdu. Və hətta ona bir az qəribə gəlmişdi onu unutmamağım. Bunun səbəbinisonra anladım, yəni söhbətimiz zamanı. Və gördüm ki, o heç dəyişməyib. Əvvəlkixarakterində, əvvəlki səmimiyyətində, əvvəlki məntiqində... eləcə də qalır. Sadəcə,dəyişən illər və bir də onun fizioloji görkəmidi. Təbii kiI bu da qaçılmaz dəyişiklikdi.Axı zaman öz diqtəsini edir...

Bəli, həmin güngörüşüb dərdləşəndə 90-cı illərə qayıtdım. Daha doğrusu, o qaytardı məni 90-cıillərə. Cəbhə xəttinə gedib çıxdıq, səngərləri dolaşdıq. Və o dolaşdıqca bütünolanlar bir kino lenti kimi gözlərimin önündən gəlib keçdi. Və gördüm ki,müharibənin "daş dövrü"ndən sonrakı etapı başlayıb, könüllüözünümüdafiə dəstələri yaranmağa başlayıb. Azərbaycanın cənub bölgələrindəDağlıq Qarabağla həmsərhəd rayonlarımıza, məntəqələrimizə könüllülər axışıb gəlib...

Və bir də gördümki, indi həmsöhbət olduğum Nuşirəvan Yusif oğlu Hüseynov yanaşı əyləşdiyimiz"UAZ" markalı maşında məni səngərə doğru aparır və yol boyu da səngərdəkiuşaqlardan, arxadakı vəziyyətdən, Bakıdakı durumdan və bir də düşmənin arxalıköpək olmasından danışırıq...

Onunla ilktanışlığım Beyləqanda oldu. Daha doğrusu, Beyləqanın Daşburun qəsəbəsindəkeçmiş sovet ordusunun tərk etdiyi hərbi hissənin yerləşdiyi ərazidə artıq Beyləqanözünümüdafiə dəstəsi məskunlaşmışdı. Könüllü döyüşçülər burda kazarma şəraitiniyaşayır və buradan da Ağdam, Füzuliistiqamətinin Xocavənd ərazisindəki postlara növbəyə çıxırdılar. Mən cəbhəmüxbiri kimi bu ərazini yaxşı tanıyırdım. Ona görə də həm Xocavənd özünümüdafiədəstəsinin, həm də Beyləqan özünümüdafiə dəstəsinin döyüşçülərilə isti münasibətlərimvar idi, əksəriyyətini tanıyırdım. Elənövbəti səfərlərimdən birində də Beyləqan özünümüdafiə dəstəsinin komandirinintapşırığı ilə məni budəfəki səfərimdə Nuşirəvan müşayət edəsi oldu. Bizimləbirlikdə o vaxtlar Beyləqan rayon HərbiKomissarlığında çalışan Yaşar Xasıyev də əsgərlərin görüşünə gedirdi.

Biz səngərəyaxın ərazidə maşından düşdük və müəyyən manevrlərlə əsgərlərə doğru getməyəbaşladıq. Bu vaxt Nuşirəvan bizə iradını bildirdi və söylədi ki, mənim ardımcagəlin. Burada düşmən snayperi "çox rahat" işləyir, sizi vura bilərlər.Tam səmimi şəkildə etiraf edim ki,tanıdığım ərazi barəsində eşitdiyim bu informasiya mənə bir az gülməli gəldi.Elə bildim Nuşirəvan bizi qorxutmaq istəyir. Çevrilib ona nəsə demək istəyəndədüşmən tərəfindən güllə açıldı. Bir də onda gördüm ki, o məni kürəyiminarxasından itələyib yerə yıxdı. Yaşar da özünü yerə atdı. Düşmən bu dəfə sərrastola bilməmişdi, ya da bu xəbərdarlıq idi. Nə isə... Necə deyərlər, bir atəşYaşarı da, məni də Nuşirəvana tabe etdi. İndi onun arxasınca elə onuyamsılaya-yamsılaya özümüzü səngərə çatdırdıq.

Həmin gürüşümüzbarəsində zamanında "Ədalət" qəzetində təəssüratımı dərc etdirdim. Vəorada vurğuladım ki, Beyləqan könüllüləri Xocavənd istiqamətindəki mövqelərindəmöhkəm dayanıblar. Onların yeganə narahatlığı Bakıda baş verənlər və bir dəNizami ordunun olmamasıdır...


Bəli, indi"Ədalət" qəzetinin redaksiyasında Nuşirəvanla üz-üzə oturmuşam, onusöhbətə çəkirəm. Təbii ki, hal-əhval tutduqdan sonra. Və o da elə 92-ci ildəsöylədiyi fikirlərin bütün ovqatını, bütün kəsərini bu günün fonunda yenə təmkinlə,sərbəst şəkildə danışır, mənim suallarımıcavablandırır.

- Nuşirəvan,bizim tanışlığımızın, çörək kəsməyimizin xeyli yaşı var. Üstündən illər keçsə dəbiz onu şirin bir xatirə, həm də ömrün bir səhifəsi kimi yaddaşımızdayaşadırıq.

- Bəli, mən də hərşeyi yaxşı xatırlayıram. Sizin bizimlə görüşə gəlməyiniz... ən əsası isə səngərlərəbirgə getməyimizi.. heç vaxt qərargahdasöhbətləşib ordan da geri qayıtmamısınız. Ən ağır vaxtlarda da yanımızdaolmusunuz. Ona görə də hamımız sizə ürəyimizi açmışıq. Hətta mən ağıryaralananda da, içərisində olduğum PDM minaya düşəndə də... mənə baş çəkənlərin sırasında siz də olmusunuz...mənzil problemimlə də maraqlanmısınız... kasıb süfrəmin qonağı olmusunuz. Bütünbunlardan başqa mən sizi daha çox hamıyla səmimi olduğunuza görə çox istəmişəmvə heç vaxt da unutmamışam. Gözüm, könlüm həmişə sizi axtarıb.

- Bəs məni necətapdın?

- Mən "Xəzər"televiziyasının "Könül dünyamız" verilişinin daimi izləyicisiyəm.Oturub verilişə baxırdım, birdən sizi gördüm. Düzünü deyim ki, gözləriməinanmadım. Sonra aparıcı adınızı deyəndə yanılmadığıma inandım. Və evdə dedimki, axtardığım bu kişi yaşayır. Onunla mütləq görüşməliyəm. Sonra aradım, işyerini tapdım və telefon nömrəni əldə etdim. İnanın ki, sizi sağ-salamatgörməyimə ürəkdən sevinmişəm.

- Çox sağ ol. Məndə sənin qədər sevindim və həmin o günlərə qayıtdım. Sən necə, döyüşdostlarımızdan kimləri görürsən? Ümumiyyətlə, səndən ayrılandan sonra həyatındanələr baş verdiyindən xəbərsizəm.

- İndiki kimi yadımdadı. Sən hərbi müxbir kimiilk dəfə dəstəmizə gələndə hamımıza ümid verdin. Lakin o dövrün siyasi ab-havası o ümidindoğrulmasına imkan vermədi.

Pərakəndəlik,özbaşınalıq, mənəm-mənəmlik könüllü dəstələrin komandirləri arasında soyuqluqyaratdı. Bizim istiqamətimizdə mövqe tutan Əlikramın "uşaqları" səngəritərk edəndən sonra vəziyyət xeyli gərginləşdi. Həmin vaxt Beyləqanın işğal təhlükəsidə yarandı. Rayona atılan bir neçə mərmi rayonda şok yaşatdı. Ölənlər, xəsarət alanlar oldu. Bunu qəsdənetdilər. Məqsəd Beyləqanın boşaldılması idi. Mən bir dəstə döyüşçü ilə baş verəbiləcək digər təxribatların qarşısını almaq üçün kəskin mövqe tutdum. Bu işdə mənəo zaman ərazidə xidmət edən xüsusi idarənin gənc zabiti yardımçı oldu. O, SurətHüseynovun və Əlikram Hümbətovun məqsədini izah etdi. Biz kimlərin hansı məqsədəxidmət etdiyini dəqiq biləndən sonra daha diqqətli olduq. Sonra müəyyən qüvvələrməni aradan götürmək üçün həbs etdirməyə çalışdı. Amma prokuror araşdırmasıonların istəklərini gerçəkləşdirmədi. Məni azad edib yenidən orduya, bu dəfə Gədəbəyistiqamətində xidmətə göndərdilər.

- Nuşirəvan,bilıdiyimə görə, Azərbaycan ordusunun 11 əsgərinin qar uçqununa düşməsi vəonların axtarışı tədbirlərindən məlumatlısan, daha doğrusu, axtarışda iştiraketmisən.

- Bəli, həqiqətənbu çox ağır və üzücü bir hadisəydi. Həmin vaxtdan biraz sonra bizim istiqamətdədə iki əsgərimiz qar uçqunu altında qalmışdı. Onları xilas etmək üçün Bakıdangöndərilən köməyin ərazi barəsində heç bir məlumatı yox idi. Mən bu məsələdə öznarazılığımı bildirəndə məni həmin axtarış qrupuna rəhbər təyin edib qısavaxtda donan uşaqları tapmağı əmr etdilər. Biz bu işi bacardıq. Doğrudur, mənimləbir qrupda olanlar yaşca cavan olduqlarından onlar dağlıq şəraitdə daha çevikidilər. Biz uşaqların sığındığı yerə gəlib çatmağa az qalmış artıq mən dəhuşumu itirdim. Axtarışa gedəndə məni özləri ilə birlikdə həmin uşaqlarındonduğu komaya çəkib gətirdilər. Özümə gələndə gördüyüm donmuş cəsədlər məni eləbir duruma saldı ki, onu ifadə edə bilmirəm. Həmin donmuş əsgərlərdən birinin şəklinitelefonuma çəkdim. O, Bərdədən xidmətə çağırılmışdı.

- Bəs keçmişdöyüş dostların, ümumiyyətlə, veteranlar barəsində nə deyə bilərsən?

- Doğrusunudeyim ki, keçmiş döyüşçülərin qruplara bölünməsi məni onlardan uzaqlaşdırıb. Hər kəs ancaq özünün səngər yoldaşıyla, onunfikirlərini təsdiq edənlə bir araya gəlibdi. Hətta mənim Beyləqandakı döyüşyoldaşlarımdan biri rayondakı veteranlar qrupunun birinə müraciət edib ki, onun döyüş yolu keçməsibarədə arayışa yardımçı olsunlar. Ona cavab veriblər ki, sən bizim dəstədəndeyilsən! Bax, bu məntiq məni çox narahat edir. Biz hamımız Vətən üçün, torpaqüçün döyüşmüşük. Kimin hansı qəhrəmanlıq etməyi, nə qədər düşmən öldürməyi, başkəsməyi önənli deyil. Əsas döyüşməkdi, səngərdə olmaqdı. Bu birliyi qorumaq vəbu məntiqlə də Ali Baş Komandanın yanında olmaq lazımdı. Çünki müharibə bitməyib.Bitməyən müharibədə isə qəhrəmanlıq davası etmək bağışlanmazdı.

- Bir məsələyə dəmünasibətini bilmək istərdim. Səncə bugünkü mətbuat orduyla, səngərlə nə qədərbağlıdı?

- Mən indiehtiyata buraxılmışam. Amma tam səmimi deyəcəm. Bu gün hərbi hissələrə gələnjurnalistlər daha çox qərargahdan qeydlər götürməklə işlərini bitirirlər. Amma90-cı illərdə daha çox səngərə gəlirdilər - əsgərin yanına! İndi özünüz nəticəçıxarın...

... Mən Nuşirəvanlaxeyli dərdləşdim. Onu da öyrəndim ki, evi-eşiyi olmayan, keçmiş döyüşçü,müharibə veteranı, gizir Nuşirəvan Hüseynov Bakıda kirayənişin yaşayır. EləBakıdakı kirayənişin evinə də məni və bütün döyüş dostlarını məmnuniyyətlə dəvətetdi. Axı bizim danışılası çox xatirələrimiz var!..

ƏbülfətMƏDƏTOĞLU


TƏQVİM / ARXİV