adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Aprel 2019 18:37
15173
DÜNYA
A- A+

Yunanıstan baş diplomatını ABŞ-a göndərir

Yunanıstan Xarici İşlər naziri Georgios Katruqalos ABŞ-a səfərə gedib.

Adalet.az xəbər verir ki, 4 gün davam edəcək səfər zamanı nazirin NATO ölkələrinin Vaşinqton sammitində iştirak edəcəyi vurğulanıb. Onun səfər zamanı Kolumbiya Universiteti və Beynəlxalq Münasibətlər Şurasında mühazirə oxuyacağı bildirilib.

Katruqalosun Vaşinqtonda həmçinin Şimali Makedoniyadan olan həmkarı Nikolay Dimitrovla görüşəcəyi, eləcə də BMT baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi Ceyn Holl Lyutla danışıqlar aparacağı qeyd edilib.