adalet.az header logo
  • Bakı 20°C

Üç qızın videosu və qədim inanc - İntiqam VALEHOĞLU yazır

10788 | 2019-04-02 10:18

Dünən 31 mart ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın ildönümüidi. Amma bu ildönümünün özünə elə soyqırım törətdilər ki, hər şey yaddançıxdı. Telekanallarda çal-çağır, sosial şəbəkədə "Bu qədər asandırmı çıxıbgetmək" meyxanası və üç qızın məlum videosu. Üstündən də "Space"telekanalının icraçı direktoru Kamil Şahverdiyevin açıqlaması baal kimi getdi.Kamil müəllim deyir ki, efirə verdiyimiz çal-çağır verilişləri canlı deyildi,əvvəlcədən çəkilmişdi, biz də camaatın əhvalını qaldırmaq üçün həmin verilişiefirə verdik. Burası belə.

İndi keçək üç qızınbaşına gələn əhvalata. Deyilənlərə inansaq, həmin qızları Cahid adlı şəxsə xalqartisti Mələkxanım Əyyubovanın qardaşı oğlu Valeh İsrafilov göndərib. Deyəsənkimsə təzə maşın alıbmış, onun "yuyurmuşlar". Yəqin ki, Vüsal dadeyib, maşının "quru-quru yumayın", cızılar. Sonra daməclisdəkilərdən biri video çəkib ki, dost-tanışa göstərib fəxrlə desin ki,bax, qaqan bunun üçüylə də oturub-durub. İndi həmin üç qızı və iki oğlanı,üstəlik Mələkxanımın qardaşı oğlunu polisə çağırıblar. Yəqin ki, qanunçərçivəsində maşının "quru-quru yumamağın" izahatını hər üçündənalacaqlar. Hələ tərslikdən qızlardan biri nişanlı imiş. Ona görə bacısını da boşayırlar.Mən bir səs yazısı eşitdim, səs yazısında deyilir ki, qızın qardaşı əlindəbıçaq bacısını axtarır.


Videonu mənə də tanışlardan biri göndərmişdi. Nə yalan deyim, ki dəfə baxdım.Əvvəl elə bildim ki, hansısa xarici videoyla montaj ediblər. Sonra kadrdakımaşının nömrəsini gördüm və hər şey məlum oldu.
İnanın ki, videoya baxandan canımı dərd alıb. Hələ havalar indi-indi isinir.Görəsən o qızlar nənəm demiş, azarramıyıflar ki? Sizə zarafat kimi görünəbilər. Amma nəzərə almaq lazımdır ki, yaz olsa da, havalar xoş keçmir. O günQaxda, elə Şamaxının özündə qar yağıb. Hələ belə getsə şaxta da olacaq. Belə havanınkı odunsobasının qırağıdı. Uzanırsan sobanın qırağına, bir çappa stəkan çay, birqənddan da kəllə qənd...


Bu arada bəzi inanclı insanların da pərişan olduğunu sezməmək mümkünsüzdür.Videoda bir məqam var. Qızlardan biri stəkanı aparıb maşının düz qabağındasındırır, sonra balerinalara xas yerişlə yenidən içəri daxil olur. Bax, eləhəmin qız imiş nişanlı. Qədim inanca görə gəlin toy öncəsi qab sındırsa,gələcəkdə heç bir problemi olmaz. Bu dəfə tərsinə oldu. Yazıq qızın nişanınıgeri qaytarırlar.

Əslində, məsələyə kənduşaqlarının prizmasından baxsaq, onlar yazıq deyillər, hələ bir az da dərinəgetsək, onlara əcəb olur. Kənd yerində keçinin, uzunqulağın "ümidinəqalan", sonra 1-2 quzu satıb Bakıya qız tutmaq ümidiylə gələn oğlanlaradətən, bu tip qızların "get tayıvı tap, çuşka" formasında tənələriilə üz-üzə qalırlar. İdi Allah bilir neçə-neçə kənd uşağı videonu görüb ürəkdənsevinib. Hələ özünü seyid zənn edənlərin də olması istisna deyil.


İndi sarkazmı, ironiyanı və bu kimi digər şeyləri kənara qoyub, məsələyə azcaciddi yanaşaq. Heç kimə sirr deyil ki, istənilən (müəyyən istisnalarla)azərbaycanlı oğlanın, kişinin beynində özünü kefkom, baz, qız hərisi kimigöstərmək istəyi olur. Biz hətta bəzən bircə dəfə salam vermədiyimiz qadını daözümüzə "yaxırıq". Elə bu video da çox güman ki, həmin məqsədləçəkilib. Yoxsa, bir kişi niyə belə bir hərəkət eləsin ki? Tutaq ki, sən oqızların hər üçü ilə yatmısan, bundan kimə nə? Bunları yazmaqla o üç qızımüdafiə etmək niyyətindən tamamilə uzağam. Yəni, videonun məclisdəkilərədn biritərəfindən çəkilməsi qızlara haqq qazandırmır.

Məsələnin ən pis tərəfibilirsiniz nədir? Biz cəmi 70 saniyəlik videoyla gündəmimizi dəyişə bilənxalqa, millətə, topluma çevrilirik. Cəmi 50-60 saniyəlik video ölkədə gündəmidəyişir. Bax, bu, çox təhlükəlidir. Düşünməyə dəyər!


TƏQVİM / ARXİV