adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
01 Aprel 2019 14:18
16572
ELM VƏ TƏHSİL
A- A+

Lənkəran Dövlət Humanitar Kollecində Qarabağ müharibəsi veteranları ilə görüş keçirildi

29 mart 2019–ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında Qarabağ müharibəsi veteranları ilə görüş keçirildi. Lənkəran Dövlət Humanitar Kollecinin Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarlar Təşkilatıın fəal üzvlərinin iştirakı ilə Qarabağ müharibəsi əlilləri, veteranları və Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirildi. ŞəhidMilli qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev, Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədri t.ü.f.d. Fəxrəddin Hüseyn, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev, Əfqanıstan Veteranları Arif Quliyev, Xanlar Hacıyev və Mirhafiz Kazımov tələbələrin qonağı oldu. Kollecin direktoru r.ü.f.d., dosent Ruslan Həmidov ilk öncə Aprel şəhidlərinin və 31 mart soyqırımı zamanı şəhid olmuş həmvətənlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etdikdən sonra çıxış edərək qonaqları bir-bir təqdim etdi və onları salamladı. Qarabağ müharibəsi veteranlarının və şəhid ailələrinin tələbələrlə tez-tez görüşməsi, onların səmimi fikirlərinin dinlənilməsi yetişməkdə olan gəncliyimizin vətənpərvərlik, dövlətçilik ideyaları ilə inkişaf etməsi baxımından daha təsirli olmasından danışdı. Direktor çıxışını davam etdirərək qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən müharibə veteranları və şəhid ailələrinə göstərilən ehtiram və qayğı gündən-günə artırılır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür və elə dünən müharibə veteranları ilə bağlı imzaladığı növbəti sərancamlar bunun bariz nümunəsidir. Aprel döyüşləri zamanı təmas xəttində Ermənistansilahlı birləşmələrinin təxribat əməllərinə silahlı qüvvələrimizin layiqli cavabı Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevin, Azərbaycan ordusunun və dövlətimizin qüdrətinin təntənəsi olduğunu bildirdi.Daha sonra Milli Qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev qeyd etdi ki, torpaq uğrunda ölən şəhidlərimizin qisası heç vaxt düşməndə qalmayacaq. Ali Baş Komandanın göstərişi ilə rəşadətli ordumuzun tez bir zamanda Dağlıq Qarabağı işğaldan azad edəcək günün yaxında olduğunu bildirdi. Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran Rayon Şöbəsinin sədri t.ü.f.d. Fəxrəddin Hüseyn, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev, Əfqanıstan Veteranı Arif Quliyev çıxışlarında keçdikləri döyüş yollarından danışdılar və bu gün ordumuzun düşmənə hər zaman layiqli cavab verəcək gücdə olduğunu bildirdirərək tələbələrə hər zaman torpaq üçün, vətən üçün döyüşə hazır olmaqlarını tövsiyyə etdilər. Qonaqların səmimi söhbətləri dinlənildikdən sonra tələbələri maraqlandıran suallara cavab verildi. Tələbələrdən Təbriz Məmmədzadə, Aysun Sadıxova, Elnarə Miriyeva və Tahirə Məmizadə onları maraqlandıran sualları qonaqlara ünvanladılar. Tədbirin sonunda kollecin tələbə və müəllimləri veteranlarla xatirə şəkilləri çəkdirdilər.

Cəmil Quliyev

Kollecin müəllimi, t.ü.f.d.