adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Aprel 2019 13:16
16636
KRİMİNAL
A- A+

Tanınmış ilahiyyatçının qatili tutuldu - Hadisənin təfərrüatı / YENİLƏNİB

Bakı şəhərinin Sabunçu rayonunda baş vermiş dəhşətli qətllə bağlı bəzi məqamlar üzə çıxıb.

Adalet.az publika.az-a istinadən xəbər verir ki, Hüseynbaba Şamilovun böyük qardaşı ilə 4-5 il imiş ki, ədavəti olub. Onun sözlərinə görə, Hacı Kamran onu məscidə buraxmırmış. Səbəb isə Hüseynbalanın məscidin tikintisi zamanı səhvə yol verilməsini bildirməsi, qiblənin istiqamətinin düzgün olmamasını və mehrabın islam qaydaları çərçivəsində yerləşdirilməməsini danışması olub.

Bundan sonra Hacı Kamran kiçik qardaşının məscidə daxil olmasına qadağa qoyub. Hacı Hüseynbala onu da bildirib ki, qardaşı mütəmadi olaraq onu təhqir edib, insanların arasında xoşagəlməz sözlər deyib və döyüb. Hacı Kamranın "Sən qibləni satansan” deməsindən sonra isə o, köhnə ədavətlərin də təsiri altında qardaşını güllələyərək öldürmək qərarına gəlib.

Sabunçu rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Qeyd edək ki, sözügedən şəxslər tanınmış dindar, eyni zamanda Azərbaycan İslam Partiyası sədrinin sabiq müavini olmuş Hacı Mehdinin qardaşlarıdır.
* * *

Daxili İşlər Nazirliyi Bakıda ilahiyyatçının qətli ilə bağlı məlumat yayıb.

Adalet.az nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 31-də Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini Kamran Şamilovun tüfəngdən açılmış atəşlə qətlə yetirilməsi barədə DİN-in "102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Hadisə yerinə baxış zamanı 2 ədəd giliz aşkar edilərək götürülüb.

Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən K.Şamilovun qardaşı Hüseynbala saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan lüləsi və qundağı kəsilmiş "TOZ-34” markalı ov tüfəngi götürülüb.

Qeyd edək ki, K.Şamilov tanınmış ilahiyyatçıdır. O, həmçinin Ziyarət Turunun rəhbəri olub.