Azərbaycanda Milli Ordunun əsgərlərinin sayından bir qədər az olan bir jurnalist ordusu var. Eləcə də ölkədə qəzetlərin sayı qədər jurnalist təşkilatları var. Və əslində bu jurnalist təşkilatlarının 6-7-sini çıxdıqdan sonra qalanları mətbuatın və jurnalistlərimizin problemlərini deyil, öz problemlərini həll etmək üçün yaradılıb, yəni qrant üçün. Hərə bir cür dolanır, onlar da elə dolanır, etirazımız yoxdur.
Onu da qeyd edim ki, nə qədər kasıb olsalar da jurnalistlər çətinə düşən həmkarlarını heç vaxt darda qoymayıb. Hər kəs öz imkanı daxilində gücü çatan qədər kömək əlini uzadıb. Bu günlərdə bunun bir daha şahidi olduq. Mərkəzi Klinik Xəstəxanada müalicə xərclərini ödəyə bilmədiyi üçün evini satlığa çıxaran Azərbaycanın görkəmli bir jurnalistini qələm dostları tək qoymadı. Düzdür, həmkarlarımızın etdiyi yardım xəstəxana xərclərinin 15-20 faizini ödəyə bilmir. Söhbət sosiskada deyil, söhbət vnimatelni olmaqdan gedir. Biz yanğını söndürmək üçün dimdiyimizdə bir damla su gətirən qaranquşlarıq. Hərçənd ki, həyatımızı bu xalqın maariflənməsinə, bu xalqın problemlərinin çözülməsinə, xalqımızın mənəviyyatına və mədəniyyətinə sərf edirik.
Məsələ nədi? Bildiyiniz kimi, bütün dünyada həmkarlar təşkilatları dövlət içində bir dövlətdir. Həmkarlar təşkilatları dünyada ən böyük ictimai təşkilat sayılır. Dünyanın ən inkişaf etmiş dövlətlərində belə hökumət həmkarlar təşkilatları ilə hesablaşmalı olur, bir masa arxasında oturur və sair və ilaxır.
Azərbaycanda da çox güclü (dünya səviyyəsində olmasa da elə öz səviyyəmizdə) həmkarlar təşkilatları var. Xarici şirkətlərin Azərbaycanda at oynatmasının qarşısını alan da az-çox bu həmkarlar təşkilatlarıdır. Və o həmkarlar təşkilatları da Respublika Həmkarlar Konfederasiyasında birləşiblər. Düzdür, Konfederasiyaya daxil olmayan həmkarlar təşkilatları da var. Amma onlar o qədər də böyük söz sahibi ola bilmirlər.
Biz "Ədalət" qəzeti olaraq özümüzün həmkarlar təşkilatımız var və Respublika Mədəniyyət İşçilərinin Həmkarlar Təşkilatının tərkibində Respublika Həmkarlar Konfederasiyasında qeydə alınmışıq.
Diqqət edin, biz qəzetik, amma Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatının içindəyik. Niyə? Türklər demiş, sorun bu.
Azərbaycanda mədəniyyət işçiləri çoxdur, yoxsa jurnallistlər? Yuxarıda qeyd etdik ki, bizim sayımız Milli Ordunun əsgərlərinin sayından bir az azdır. Necə olur ki, mədəniyyət işçiləri öz həmkarlar təşkilatını yaradır, jurnalistlər yox? Necə olur ki, mədəniyyət işçiləri (söhbət mədəniyyət və ya qeyri-mədəniyyət işçilərindən getmir, söhbət həmkarlardan gedir) birləşib öz təşkilatlarını yarada bilirlər, Konfederasiyaya daxil ola bilirlər və Konfederasiyanın imtiyazlarından yararlana bilirlər, amma biz yox?
Gərək ki, belə bir təşkilat var idi, 93-94-cü illərdə bir az boy göstərdi, amma işi qura bilmədi, jurnalistləri, yəni mətbu orqanlarını öz ətrafına cəmləyə bilmədi. Və indi deyəsən adı var, yeri gəldi-gəlmədi hamıya "Qızıl qələm" paylamaqla məşğuldu, ya da ayrı-ayrı fərqlənmə diplormları paylamaqla.
Həmkarlar Təşkilatı yaratmağımızın vaxtı çatmayıbmı?! Əslində çox gecikmişik. Amma keçmiş böyük qardaşlarımız ruslar demiş, lüçşe pozdno, çem nikoqda.
Söz Kütləvi İnformasiya Vasitələrinin, eləcə də elektron vasitələrinin və televiziyaların rəhbərlərinindir. Bir araya gəlmək lazımdı, masa ətrafında oturub qonuşmalıyıq, bu məsələnin mütəxəssislərini də dəvət etməliyik və bu işi iş bilənlərə tapşırıb öz Həmkarlar Təşkilatımızı yaratmalıyıq. Konfederasiyaya da müraciət etməliyik, onlar da bizə yardımçı olsunlar, çünki onlar bu məsələdə professionaldırlar.
Və özümüz güclü bir Həmkarlar Təşkilatı yarada bilsək jurnalistlərin bir çox problemlərini, hətta ev problemlərini belə həll edə bilərik. Yoxsa birimiz xəstəxanaya düşəndə əl açıb qapılara düşmərik. Təbii ki, söhbət öz qapımızdan gedir, başqa qapılardan getmir.
Buyurun, dostlar, söz bizimdi. Əgər doğrudan həmkarıqsa, gəlin təşkilatımızı yaradaq.