adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 Aprel 2019 10:21
15961
ELM VƏ TƏHSİL
A- A+

Azərbaycanlı müəllimlər İstanbula səfər ediblər

Azərbaycan müəllimləri Türkiyədə səfərdə olublar. "Dream Group Event Organising” təşkilatçılığı ilə baş tutan səfərdə məktəb rəhbərləri və müəllimlər iştirak edib.

"Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü və İstanbul Esenyurt Universitetinin dəvəti baş tutan səfərin məqsədi iki ölkə müəllimlərinin birgə görüşünü təşkil etmək, gələcək əməkdaşlıqlar üçün imkanlar yaratmaq olub. Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 30 nəfər müəllim və məktəb direktoru Türkiyə üzrə ali məktəblərə qəbul nəticələrinə görə son 2 ildə ölkə birincisi olan İstanbul Fatih Çapa Fən Liseyinə, İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına Azərbaycan məktəbinə və İstanbul Esenyurt Universitetində olublar. Görüşlər zamanı iki ölkə arasındakı dostluq və qardaşlıqdan, təhsil sahəsindəki yeniliklərdən və birgə əməkdaşlıqlardan danışılıb. 


Bakı, Saatlı, Samux, Qazax, Füzuli, Ağdam və digər bölgələrdən olan müəllimlərimiz tədbirlər zamanı Azərbaycan təhsil sistemi, Qarabağ həqiqətləri, Azərbaycan-Türkiyə qardaşlığı mövzularında çıxışlar ediblər. İstanbul Esenyurt Universitetində təşkil olunan "Eğitim araşdırmaları paneli”nin sonunda müəllimlərimizə tədbirdə iştirakla bağlı univeristet tərəfindən beynəlxalq sertifikat verilib.