adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Aprel 2019 10:07
12867
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: 1 aprel şeiri

Heç kimi sevməmisən -
məni sevdiyin qədər!
İnanmısan ki , bizi
görüşdürübdü qədər!

Nazıma da dözmüsən
qəm dolu halıma da...
Sən fikir də çözmüsən -
mənim tək zalıma da...

Hər misramı , sözümü
tutiyə tək yığmısan...
İmzamı , həm özümü
ürəyinə sıxmısan...

Çatıb , sən öyündüyün -
dadıma , şairliyim!
Unudulub , gördüyün -
mənim və sairliyim!

Sənə yaşatdıqlarım
həyat -sevinc və kədər...
... Heç kimi sevməmisən -
bilirəm , mənim qədər!