adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Mart 2019 17:00
14289
İDMAN
A- A+

Karateçimiz qızıl medal qazandı

Azərbaycan parakarateçisi Sahib Əhədov İspaniyanın Quadalaxara şəhərində keçirilən 54-cü Avropa çempionatının qalibi olub.

Adalet.az xəbər verir ki, parakarate üzrə milli komandanın üzvü, dünya ikincisi Sahib Əhədov gözdən zəif idmançılar arasında üç idmançıdan ibarət qrupda moldovalı və rusiyalı rəqiblərini qabaqlayaraq 39,94 xalla qrup lideri olub. Gürcüstanlı Zviadi Vasadze ilə həlledici görüşdə 43,58 xal toplayan idmançımız qızıl medal qazanıb.

Parakarateçilər arasında üç dərəcə üzrə keçirilən Avropa çempionatında 16 ölkədən 46 idmançı mübarizə aparır.