Əbülfət MƏDƏTOĞLU: İÇİMDƏKİ İNANC

ƏBÜLFƏT MƏDƏTOĞLU
44706 | 2019-03-31 12:08

Hər dəfəayrılıqlardan, ölüm-itimdən, həsrətdən, ağrı-acıdan söhbət düşəndə istər-istəməzbir anlıq duruxursan. Gözünün önünə ötənləri,ötmüşləri, olanları, olmuşları gətirirsən. Və sənə elə gəlir ki, dünyasını dəyişənlərin,ağrı-acı çəkənlərin durumunda, yaşamında azacıq da olsa sənin də günahın var. Yəniən azından son nəfəsə yetişə bilərdin... və yaxud da son sözünü eşitmək fürsətiniqaçırmazdın... yanğısına bir damcı su damızdırardın... barmaqlarının ucuylayanağında tumurcuqlayan yaşı silərdin... ağrıdan yastığa söykənməyən başınıovuşdurardın, tellərini sığallayardın... ya da əllərini, ayaqlarını ovardın...Bütün bunları düşünə-düşünə, içindən, xəyalından keçirə-keçirə həmin o itirdiklərinüçün göynəməklə yanaşı, həm də özünün bəraət haqqını tapmağa, ondan təsəllikimi yararlanmağa çalışırsan... Amma bütün hallarda necə deyərlər, karvan gedibvə sən də o karvanın arxasınca baxa-baxa qalmısan...

Bəli,indi arxada qalan atasızlığın bir ilini, arxasızlığın bir yaşını, güvənsizliyin365 gününü düşünüb özüm-özümə heyrətlənirəm. Ona görə ki, bir gün, bir həftə,bir ay ayrılığnı ağlıma belə gətirə bilmədiyim atamdan düz bir il ayrı qalabilmişəm. Deməli, həqiqətən torpaq güclü imiş, soyuda bilirmiş hər şeyi...dondura bilirmiş içimdəki ağrını da, acını da, göz yaşını da... susdurabilirmiş dili də, ürəyi də, hətta perik salırmış səni özündən... Və bir də...

Hə, birdə zaman da dəyirmanını boş-boşuna işlətmirmiş. Üyütdüyünün nə olmasından asılıolmayaraq, onun da qüdrəti, onun da gücü böyük imiş, o da susdururmuş, dizçökdürürmüş adamı olmuşların qarşısında...

İndibütün bu yazdıqlarım, daha doğrusu,bilgisayara diqtə etdiklərim mənə, yəni bir övlada nə qədər ağır və həttabelimi bükəcək qədər ağır olsa da, həmin oüzü soyuq torpaq mənim 365 gün yaşamağımın bir növü yönəldəni, dayağıolubdu. Yəni üzümə elə qabarıb ki, ondan o yana keçid, yol olmadığınıanlamışam. Başa düşmüşəm ki, sondan sonra son yoxdur. Qatardan düşdün, yənidünyadan köçdündə, qayıdış ancaq xatirələrlə, xəyallarla mümkündür, əgər onuqoyub gedə bilmisənsə.

Əkshalda, unudulmaq olub-olmamağının fərqini kimsəninsə yaddaş kitabında görməməktəbii haldır. Necə deyərlər, bu qaçılmaz həqiqətin önündə bəşər övladıgücsüzdür. Axı hər şey "olum” "ölüm” arasında baş verir. Bir az da gerçək, biraz da dəqiq desəm, olursan və ölürsən. Sadəcə olaraq, olanda bəndə, öləndə İNSAN olmaq lazımdı. Bunubacarsan arxanca heç kim də gəlməsə, rəhmət gələcək. Və elə bu məqamda yadımadüşür ki:

Şübhə

etmirəmki,

məni

dahayaxşı anlayar

dörddivarla, tavanla

içindədanışanlar...

Şübhə

etmirəmki,

mənim

qocalanahımla

ahımdan

üşüyənAllahımla

içimdəetdiyim

söhbətləri

duyğusuzlar

yanlışanlar...

Şübhəetmirəm ki,

özüm də,

sözüm də

hətta

zamanın

yurdsuzluq

qarasınıçəkdiyi üzüm də

siziayağıma gətirəcək

varlığıma

etinasızyanaşanlar!..

***

Doğrudanda hər şey zamana möhtacdır. Amma zamanın içərisində at oynadanlar da az deyil.Və bu at oynadanların özləri bir yana, heç atlarına da yazıqları gəlmir.Düşünmürlər ki, atdan düşüb piyada qalanda o atların günü nə olacaq və yaxud dao atları təzədən minib onların üstünə çapandanələr keçirəcəklər, hansı durumlara düşəcəklər?!

Mən nəmünəccimlik etmirəm, nə də filosofluq. Sadəcə olaraq, gördüklərimi, eşitdiklərimi,hətta oxuduqlarımı saf-çürük edəndə onda həmin o söylədiyim fikir özü-özlüyündəortaya çıxır. Və mən də ortada olan həmin o fikrin bir növü oxucusu, dinləyicisioluram. İnsan da oxuduğundan, dinlədiyindən nəticə çıxarmalıdır. Bax, bu mənadagəldiyim nəticə sizə söylədiyim fikrin yaranmasına səbəb olur. Nə isə...

Həqiqətənyaşadığım anların heç birinin səbəbsiz olmadığına həmişə inanmışam. Və mən təsadüflərəo qədər də bel bağlamamışam. İçimdəki inanc mənə diqtə edib ki, nəyiyaşayırsan, nəyi edirsən, nəyi görürsən, bütün bunların hamısı sənin qədərindi,sənin alın yazındı. Bundan qaçmaq və yaxud da o yazını silib dəyişmək mümkündeyil. Bax, ona görə də hərdən öz-özümə pıçıldayıram. Deyirəm ki:


Mənsöndürülmüş şamam

Gərəkliyimitibdi...

Adım daözüm kimi

Ortalıqdaitibdi...


Nəayaqda durmağa,

Nəaxtarış etməyə...

SevgiEvi də yoxdu –

Qapısınagetməyə.


Əllərimləsıxıram

Çiynimə bükbaşını...

Açovcunu, göy üzü –

Sal göydəkidaşımı...


Minnətsizsığınacaq

Dörddivar, kağız, qələm...

Allahım,bu da ruhum –

Gəlmişəmsənlə böləm...

***

İstənilənyaşantını, istənilən hadisəni yazıya çevirmək, ömrə hopdurmaq mümkündü. Ammabunun bir çətinliyi var. O da kimisə təsiri altına salmaqdı, kiməsə hüfuz etməkdi.Bax, bu mənada mənim yaşantılarım mənə nə qədər acı və yaxud şirin gəlsə də,onu kiməsə söyləmək, yazıya köçürüb kiməsə oxutmaq heç də normal sayıla bilməz.Bu mənim məntiqimdi. Burada bir nüans var, o da mənim çevrəmdi. Əgər çevrəmdəkilər,ürəyimdəkilər, hətta mənim ürəyimdə olduqlarım istərlərsə, arzu edərlərsə, lapduyarlarsa, onda mən öz yaşantımı onlara bu və ya digər formada çatdıra bilərəm.Təbii ki, bu da həmin dediyim insanların öz istəklərindən qaynaqlanmalıdır...

Bufikirlərimi uzatmadan dönürəm mətləb üstünə. Yəni birmənalı şəkildəvurğulayıram ki, kimliyindən asılı olmadan insan mövcuddursa, yaşayırsa,problemi də var, problemi yaradanı da.... çevrəsi də, mübarizə aparmaqimtiyazı, gücü də. Bax, bu mənada mən nə qədər qayğılı, nə qədər nostalji köklərəbağlı olsam da, bilirəm ki, içimdəkiləri yaşamaq, yaşatmaq mənim öz missiyamdı,çiynimdəkiləri daşımaq mənim öz borcumdu. Ona görə də hətta özüm-özümə ürək-dirəkverən, bir az da qürrələndirən bir şeir də yazmışam. Necə deyərlər, özüm-özümüntərifini misralamışam. Yazmışam ki:

Yaxınları,uzaqları bilinən

Dodaqlarıad çəkməklə ilinən...

Kirpikləritəbəssümlə silinən –

Sənsən,Əbülfət!


Gecəsinəağrı, acı, dərd sıxan

Gündüzünəgöz qırpmadan dərd yığan...

Həsrətinədözümdə də mərd çıxan –

Sənsən,Əbülfət!


Səsibatan, bəxti yatan bir aşiq

Pirolubdu sevgisinə, pir aşiq...

Budünyada Məcnun kimi sirr aşiq –

Sənsən,Əbülfət!


İçdünyanı çöl dünyana üyütmə

Kədəriniçox da öyüb böyütmə...

Yaşahaqla, sev Allahla öyünmə -

Sən –Əbülfət!

***

Həqiqətənmən özümlə, qələmimlə və bir də ağ kağızla baş-başa qalanda dünyanın bütün kədəryükünü daşımaq, hətta diz altına almaq gücünə malik oluram. Bu bir az pafoslu səslənibböyük görünsə də, amma həqiqətən insan öz içində, öz xəyalında, öz dünyasındahamıdan güclüdü. Çünki həmin o dünyada hərkəsi əli Allahın ətəyində, ruhu göy üzündə olur. Belə adama kimin gücü çata bilərki?!

Bəli,indi mən də göy üzündən, ruhlar aləmindən, xəyallar dünyasından özümə, necə deyərlər,kəndimə qayıdıram. Və qayıtdığım yol uzunu ağlıma gələn ilk bu olur ki, hardasabir kədəri də ovutdum, bir acının da gözyaşını sildim, bir sitəmin də içimdə dəfn olunmasına şərait yaratdım. Və bütünbunlar da mənim yazacağım, daha doğrusu, duyğularımdan misralara çevriləcək. Onda həmin misralar daoxucu önünə çıxanda məhz bu donda, bu biçimdə olacaqdı. Siz oxucular görəcəksinizki, mən nə demişəm və necə demişəm.


İçimdəkikədəri

İçimdə dəağladım...

Kipriklərimihörüb –

Selinyolun bağladım...


Dizlərimtorpaq yemi

Tutdumüzümü göyə...

Əllərimqalxmadı ki,

Çırpam –dizimi döyə...


Bəlkə dəbu bir günah

Boyun bərabərində...

Allahdanbaşqa kimsə -

Bilmir,yaram dərində...


Ovunmağayetməyən

Gücümündili gödək...

Halımgün kimi bəlli –

Dur, əlimdəntut gedək...


Hə,bütün gerçəklərin və gerçək ola biləcəklərin həyatımdakı izlərini heç vaxt silməyəcəhd etməmişəm. Və bir də ki, bunu silməklə nəyi dəyişmək mümkündü ki?! Onsuzda hər kəs özünü hansı dona salır salsın, gec-tez pərdələr çəkiləcək, maskalarsöküləcək və... Bir az obrazlı desəm, qaranlıqların aydınlıqları ortayaçıxacaq. Ramiz Rövşənin təbirincə desəm, qaranlıqda qəfil günəş doğacaq vəkimin kimin evindən çıxdığı görünəcəkdi.Ona görə də mən heç vaxt tərəddüd etmədən düşündüyümü və ürəyimdəkini yazmışamvə indi də yazıram.


İçimdəkiən şirin

Duyğuadındı sənin...

Dilimdəkibal, şəkər –

Bil ki,dadımdı sənin!


Bu göyüzü, bu yer də

Yuvadımin bir dərdə...

Onlar, mənolan yerdə -

Özgən,yadındı sənin!


Könlüm,gizli dolduğun

İçin-içinsolduğun...

Pərvanəsiolduğun –

Bir təkQADINDI sənin!


Son: buyazını necə yazdım və niyə yazdım onu düşünmək haqqını sizə verirəm. Özüm isəöz içimdə nə çəkirəm, onu Tanrımla bölüşürəm.

TƏQVİM / ARXİV