Faiq QİSMƏTOĞLU: MOLLA, AL!

FAİQ QİSMƏTOĞLU
47012 | 2019-03-31 11:24

...Həftənibaşa vururuq. Həftəni yola salanda əvvəlki vaxtlarla müqayisədə şənbə günləriçiynimizdən yük bir qədər götürülür. Yəni adi iş günləri dilxor olsaq da,qanımız tez-tez qaralsa da, şənbə günü gələndə qanımız bir qədər durulur,ovqatımız yaxşılaşır. Əsas mətləbə keçməmişdən öncə ovqatınızın daha da yaxşıolması üçün bir lətifə danışım.

... Birgün molla çayda çiməndə boğulur və başlayır adamları köməyə çağırmağa. Elə həminvaxt çayın qırağıyla gedən cavan bir oğlan mollanın səsini eşidir və ona yaxınlaşır:

- Molla,əlini ver, səni çıxardım.

Mollanında qulağı ağır eşidirmiş. Elə bilir ki, oğlan ona pul ver, səni çıxarım deyir.Oğlan görür ki, molla boğulur və əlini də uzatmır. O dəqiqə ürəyinə nəsə damırvə deyir:

-Mollla, al!

Molla busözü eşidən kimi əlini uzadır və oğlan onun əlindən yapışıb sahilə çıxarır....

... Bugün heç dünya dəyişməyib. Yenə də bəzi mollalar camaatın avamlığndan vəcahilliyindən istifadə edib onları soymaqla məşğuldur. Amma heç də bütünmollalar belə deyil. Bu yaxınlarda cənub rayonlarından birindən qayıdandostlarımın biri çox qəribə bir hadisə danışdı. Sözün düzü, o hadisəni eşidəndənsonra az qaldı başımda olan bir-iki tük də biz-biz olsun. Bəlkə də başımda yenitüklər bitərdi. Nə başınızı ağrıdım, hadisə bayaq dediyimiz kim, cənubrayonlarının birində vaqe olur.

... Atasırəhmətə getmiş böyük oğluna molla deyir ki, oğul, sənin atan düz 20 il namazqılmayıb. Demək 20 il namaz qılmayıbsa, atanın çox böyük günahları var. Ogünahları da böyük oğul kimi sən daşımalısan. Oğlan da diqqətlə mollaya baxır vəfikirli-fikirli soruşur:

- Molla əmi,indi mən nə etməliyəm?!

Mollabir aşağı baxır, bir də yuxarı. Əlindəki təsbehi fıqladaraq aş yeməkdən ətbağlamış boynunu qaşıyır və deyir:

- Bilirsənoğul, atanın qılmadığı o 20 illik namazı sən qılmalısan, ya da hər günqılınmayan namaza görə, filan qədər pul ayırıb mənə verməlisən ki, o yükü mən çəkim!Oğlan:

- Bu nəqədər pul eləyir?

Mollayenidən piy basmış peysərini qaşıyır:

-Hesabdan yaxşısan ki, hər şeyi məndən də mükəmməl bilirsən. Hər günü iyirmi qəpikdənhesabla, onu da vur iyirmiyə, gör nə qədər eləyir?

Oğlan dahər şeyi hesablayıb deyir ki:

- Molla əmi,bu eləyir yeddi yüz qırx manat!

Molladillənir:

- Birdənelə bilərsən bunları mən özümdən uydururam ha! Atan və sən günaha batmamaq üçündində buyrulub ki, bunu mütləq eləməlisən.

Dinsözünü eşidəndə oğlan bir az qorxuya düşür. Fikirləşmədən bir gündən sonra 740manatı mollaya çatdırır.

Çox qəribədirki, kənd camaatı da artıq mollaların bu kələyinə alışıblar. Əgər biri qılınmayannamazın pulunu verməsə, o dəqiqə kənddə ona yaxşı gözlə baxmırlar. Məsələn,deyirlər ki, filankəs dədəsinin boynunda böyük yük qoydu. Yəni qılmadığınamazın pulunu mollaya vermədi ki, molla da o namazı qılsın, rəhmətə gedən də odünyada rahat olsun...

... Heçbir dində və heç bir müqəddəs kitabda buyurulmayıb ki, namaz qılmayan adamqılmadığı namaz üçün mollaya pul verməlidi. Bunlar hamısı lotu-potu mollalarınoyunlarıdı. Rəhmətlik Mirzə Cəlilin "Ölülər”indəki şeyx nəsrullahlar cənub bölgəsindəyenidən peyda olub. Bir azdan avam camaatı başına yığıb deyəcəklər ki, vallah mənölü də dirildirəm. Bəzi mollalardan və lotulardan nə desən çıxar. Axı biz hərşeyə inanan camaatıq.

Bizim kənddəbir molla vardı. Əvvəllər bədən tərbiyəsi müəllimi işləmişdi. Mənə də dərsdemişdi. Sonradan mollalıq eləyirdi. Rəhmətliyin çox yaxşı səsi vardı. Ucadanelə oxuyurdu ki, adamı ağlamaq tuturdu. Amma oxuduğu quran olsa. Deyirdilər ki,avazı yaxşıdı. Oxuyanda isə ərəb dilini bilmədiyinə görə, çox səhvlər eləyir.Allah o dünyasını versin! Bir gün o molla yas məclisində dedi ki, məni qonşurayona ölü götürməyə çağırmışdılar. Dedilər rəhmətə gedən vəsiyyət edib ki, onugəbəyə büküb dəfn eləsinlər. Mən də dedim ki, bu, şəriyyətə ziddir. Onda ölüyiyələri pis vəziyyətə düşdü. "Bəs o gəbəni neyləyək?” – deyə məndənsoruşdular. Mən də dedim ki, onun sadə bir yolu var: gəbəni verin mənə! Ölü yiyəsidə mollanın dediyini eləyir və gəbəni mollaya verir...

... Hərşey qədərində olanda gözəl olur. Bir balaca çərçivəni keçdi, lap bal da olsainsana ağırlıq eləyir. İndi bizim camaat mollaya, falabaxana, nə bilim tay nəyəçox böyük ümid bəsləyir və hətta bir ətək pul verib dua da yazdırır. Guya budua müstəcəb olacaq və onun işini düzəldəcək. Gözləyirlər, gözləyirlər, görürlərki, heç bir iş düzəlmədi, əksinə, yaxşı nə varsa o da alt-üst oldu...

Vallah,heç bizim millət dəyişməyib. Elə XIX-XX əsrin əvvəllərində olan millətdir.Yaxın dostum, gözəl yazıçı və professor Məhərrəm Qasımlının "Nigarançılıq”yazısı yadıma düşür. Məhərrəm müəllim Mirzə Cəlilin məzarını ziyarət edib deyir ki, ustad, heç də nigaranqalma, bu milləti necə qoyub getmisən, eləcə də qalıb...

İndiavropalılar, lap elə bəyənmədiyimiz başqa millətlər Aya uçur, Marsa gedir, nəbilim gündə bir zad ixtira eləyir. Biz isə yenə avamlığın, cahilliyin vəsavadsızlığın içində boğuluruq. Hələ də lotu mollaların, şarlatanların vəfalabaxanların qapısının ağzını kəsdiririk ki, dərdimizə əlac qılsın. Lotumollalar da bu savadsız insanların avamlığından istifadə edərək onları soğanqabığı kimi soyur. İndi mollaların bir çoxu molla yox ey, həm lotudu, həm dəcib soyan...


TƏQVİM / ARXİV