adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Mart 2019 16:05
40460
ƏDƏBİYYAT
A- A+

İdman müəlliməsi özünü necə asdı - Qəşəm İsabəyli yazır

(novella)

1.

Balaca bir qız uşağı göndərmişdilər məktəbə – gimnastika üzrə ölkə çempionuydu. Yeni tədris ilindən idman müəlliməsiişləyəcəkdi. Tərs kimi də ilk dərsi səkkizinçi sinifəydi. Mən də vaxtiylə Kürdəmirin Axtaçı və Beyi kəndlərində coğrafiyadan dərs demişdim. Məktəblə ünsiy­yətim səkkizincilərlə başladığından, onlarların çətin şagird olduqlarınıbilirdim. Kişi müəllimlər bu çətinliyin öhdəsindən birtəhər gəldiyi halda, qadın müəllimələr bərk əziyyət çəkirdi.

Keçmişdə tək-təkqadın müəllimə gözə dəyərdi məktəblərdə. Amma indi,xüsusən də şə­hərdə, kişilər meydandan çəkilib, qadınlar məktəbi tam nəzarətə götürüb. Direktordan süpür­gəçiyə qədər zərif cinsin nümayəndəsidi. Bunun yaxşı-yaman olduğuna şəhadət verə bilməsəm də, bir şey gün kimi aydındı – məktəbi kişi hənirindən məhrum etmək olmaz.

Bəli,idman müəlliməsi sinfə ayaq basan kimi uşaqların sərt nəfəsi vurduonu:

–Balaca-bap-balacaaa... –ciyildədi biri.

Başqa biri dərhal səsini burnuna saldı:

–Bmoooyu vaar...

Daha bir "qoca” pırtlayıb çıxdı bucaqdan:

–Daaammm doooluuusuuu...

Sonra da sərçə xoru:

–Toyu var...

–Toyu var...

–Toyu var...

Uşaqlara "Sakit olun”dan ağır söz deməyə cəsarəti çatmayan müəllimə nə qədər özünü tox tutsa da, dərsdən çıxıb evə çatan kimi üzüquylu çarpayıya düşüb, ürəyi boşalanacan ağlayardı. Səhər açılanda isə biyara gedirmiş kimi (keçmişdə havayı işləməyə "biyar” deyərdilər)ayaqları əsə-əsə məktəbə gələrdi.

–Salam, uşaqlar!

Biri:

–Salam!–Deyərdi.

Biri:

–Əleykum...

Biri də:

–Balaca- bap-balaca...

2.

Günlər keçir, müəllimə ha fikirləşirdi uşaqları sülhə gətirsin, mümkün eləyə bilmirdi.

Növbəti dərslərin birindəmöcüzə baş verdi, sinfə girəndən bir dəfə də dodağı qaç­ma­yan müəllimə qəflətən gülümsədi.Partalar cırr elədi –uşaqlar bir-birinə dəydi. Qəşəmdik atılılıb durdu ayağa:

–Müəlliməəə?!

Yuxudan ayılmış kimi müəlliməninsifəti hamarlandı, gözləri açıla qaldı:

–Buyurun.

–Sizdən çıxmayan...

CümləniDəniz tamamladı:

–Offf... iii... şşş?!

–Nə iş?!

–Off... gülümsəyirsiniz?!

–Siz bütün günü şaqqıldayıb-qaqqıldayırsınız, adi şey olur, nə yaxşımənim gülümsə­mə­yim tarixi hadisəyə dönür?!

Məhəmməd ilk dəfə sinfin etirafını elədi:

–Müəllimə, biz sırtıq uşaqlarıq, nə eləsək bizə yaraşır.

–Mən də gülümsəmişəm. Mənə də gülümsəmək yaraşır.

–Aaa... cəsarətə bax! – Şagirdlər bağırışdı.

–Cəsarət deyil, ürək sözümdü.

–Xahiş edirik, bizi çətinə salmayasınız, müəllimə.

–"Çətin” nədi?

–Sizin tərəfinizdən özümüzə qarşı təhlükə hiss eləyirik.

–Niyə?

Qəşəm yenidən ayağa durdu:

–Müəllimə, babam deyir, hər şey elə-belə olsa da, birdən-birə gülümsəmək elə-belə olmur!

–Sabahcavabınızı verərəm.

Dəniz dözmədi:

–Offf... onda məhkəmə sizi sorğu-suala çəkəndə bizdən inciməyəsiniz gərək.

Müəllimənin qaşları çatıldı:

–Məhkəmə nədi?!

–Sabah dərsə gələndə görəcəksiniz, üç-dördümüzün ürəyi partlayıb...

Bu sözlərin qabağında duruş gətirə bilmədimüəllimə:

–Sabah sizi cəzalandıracam.

–Bəs gülümsəməkniyə?

–Sizə verəcəyim cəzanı yadıma salıb, ləzzət alırdım.

Uşaqlar bir-birinə qarışdı:

–Bizi cəzalandıracaqsınız?!

–Bəli.

–Biziii?!

–iii... iii... iii...

–Cəzaaa?!

–aaa... aaa... aaa...

–Offf...

–Bu günü Allah əlinizdən alıb?!

–Bu, elə-belə cəza deyil, hazırlaşmalıyam!

Sinfin ən dəcəl şagirdi irəli yeridi:

–Müəllimə, şitlik eləyirik, sözünüzə baxmırıq,sizi incidirik... Əgər sa­bah bi­zi cəzalandıra bilsəniz, dönüb oluruq quzu.

–Aparın otarın!

–Məəə...

–Tələsiməyin. – Müəllimə ciddiləşdi.

–Niyə?

–Onsuz da 18 saatdan sonraməhkəmə sizi mələdəcək.

Uşaqlar bir-birinə baxa-baxa qaldı.

3.

O gecə ilan vuran yatdı, şagirdlər yata bilmədi. Dərsin başla­ma­sına yarım saat qalmışsanılı qoz kimi yığılıb durdular idman zalının qabağında.Zəng içəri vurulan kimi qapını basdılar... açılmadı.

Müəllimənin "məhkəmə sizi mələdəcək” sözlərini yadlarına salıb, hətta narahat oldular:

–Qəribədi! Bu müəllimə harda qaldı, görəsən?!

–Gəlin bir yerdə güc vuraq.

–Biiirr...

–İkiii...

–Üüüüç.

Necə basdılarsa, qapı lay-balay açıldı. Təpəsi üstə zala girdilər:

–Müəllimə!

–Müəllimə, ay müəllimə!

Zal əks-səda verdi.

Birdən Elgün bağırdı:

–Ora baxın!

–Aaa... ayaqlar...

–Hanı?!

–Odur ey... havadan sallanır.

Uşaqlar başlarını yuxarı qaldıran kimibağırışdılar:

–Ay aman! – Bir-birini basa-basaqaçıb çıxdılar çölə.

–Nə xəbərdi, ay uşaq?!

–Müəlliməmiz özünü asıb!

–Necəəə?!

–Odur ey, zalın ortasında kəndirdən sallanır!

Mühafizəçini də götürüb direktor birnci mərtəbəyə endi. Zala yaxınlaşanda addımlarını ya­vaşıtdı.

–Oğlum, keç irəli.

Mühafizəçi cəld zala girdi, dalıyca da direktor.

–Salam, Qərənfil müəllimə!

–Qızıımmm... – direktorunsifətindəki dalğınlıqsu kimi duruldu, – bu nə kəndirdi?!

–Üzr istəyirəm... – sözünün dalınıgüclə gətirən müəllimənin sifətinin rəngi damar-damar oldu, – uşaqlarla zarafat eləmişəm.

–Bu boydaaa?!

O gündən səkkizinciləritanımaq mümükün deyildi – dönüb olmuşdularquzu.

06-29.03.2019