bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri Adalet.az | Mübarəklər, hər gününüz mübarək - Vüqar Abbasov yazır Adalet.az | Mübarəklər, hər gününüz mübarək - Vüqar Abbasov yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Mübarəklər, hər gününüz mübarək - Vüqar Abbasov yazır

28149    |   2019-03-31 12:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əvvəllər mübarək sözünü toyda, ad günündə, bayramda, təzə paltar alanda və.s. deyər, eşidərdik. Bəzi bayramlar münasibətilə bir-birimizə açıqcalar göndərib təbrik edər, "Bayramınız mübarək” yazardıq. İndi bu mübarəklər sırasına çox əlavələr olub, ən dəbdə olanı isə cümə günlərində "Cüməniz mübarək” mesajlarıdır. Hər cümə günündə onlarla belə mesaj gəlir. Hara gəlir, necə gəlir, bir qədər sonra.

Müsəlman aləmində cümə günü, xristiyan aləmində isə bazar günü digər günlərdən fərqlidir, yumşaq desək. Cümə günü, bir çoxlarınızın bildiyi kimi, ərəb dilində mənası "toplanmaq” deməkdir, yazdığım, yazacağım məlumatlar bir çoxlarınıza məlumdur (wikipediada da var), ancaq yenə də yazıram, bəlkə maraqlı oldu.

Cümə günü həftənin günlərindən beşinci gündür. Bu günü İngilis dilində "Friday” adlandırırlar ki, bunun da qədimlərdə qadın allahı hesab edilən (səhv etmirəmsə Skandinaviyada)Freyyanın şərəfinə belə adlandırıldığı deyilir.

Uzatmayım, cümə adı ilə bizlərə həmiçinin "Qara cümə” (son illərdən eşitdiklərimizdən), məşhur filmdəki (Robinzon Kruzo) Cümə və.s. ilə də tanışdır.

Yuxarıda qeyd etdiyim kimi, cümənın müsəlman aləmində xüsusi yeri vardır. Cümə gününün özəl bir gün olması haqqında çoxlu deyimlər mövcuddur. İnternetdə azacıq araşdırma aparanda bu fikir diqqətimi xüsusi çəkdi: "Peyğəmbərimiz (səs) Mədinə ətrafındakı kəndlərdən toz və tər qoxusu ilə cüməyə gələnlərə "Heç olmasa, bu gününüz üçün yaxşıca yuyunub təmizlənsəniz!" buyurmuşdur. (Müslim, Cümə, 9)” 1 . Demək ki, cümə günü həm də o zaman ərəblərin təmizlənməsi, pak olmaları üçün də xüsusi bir gün imiş.

Yuxarıda qeyd etdiyim kimi, cümə günü həm də ərəblərin yuyunub təmizlənmələri üçün gözəl fürsət olub (bəlkə indi də bir çoxları üçün belədir). Bu günün özəlliklərindən biri də cümə namazı və onun xütbəsidir. Cümə xütbəsi həftəlik moizədir. Bu da başqa mövzudur ki, o vaxtlar tv-lər, mətbuat, internet olmadığından insanlara sözləri, düşüncələri və.s. bu xütbələr vasitəsilə çatdırırdılar.

Gələk mesajlara.

Xristiyan aləmində bazar gününün xüsusi gün olduğunu qeyd etmişdim və bunu da çoxlarımız bilirik. Müsəlmanlar cümə günü məscidlərə getdikləri kimi inanclı xristiyanlar da bazar günləri kilsələrə gedərlər. Artıq neçə ildir ki, xristiyanların çoxluq təşkil etdiyi ölkələrin birində, Niderlandda yaşayıram. Bu illər ərzində kimsə mənə "Bazar günün mübarək” deməyib, bu məzmunlu mesaj filan da göndərməyib. Heç bir-birinə də bunları etmirlər. Ancaq həftə sonlarında dükan-bazarda, küçədə rastlaşanda, telefonla danışanda və digər bu kimi durumlarda "gözəl həftə sonu” diləkllərini bildirirlər ki, bunun da bazar gününün dini tərəfləri ilə heç bir bağlılığı yoxdur. Hətta olsa belə, bu səpkili mesajları telefonla və.s. bir-birinə göndərərək narahat etməzlər. Anayırlar ki, insanların biri inanclı ola bilər, digəri yox və anlayırlar ki, din bir seçimdir, Türkiyə türkləri demişkən, kadər deyil. Anlayırlar ki, hətta inanclı biri üçün bazar günü istirahət günüdür, yersiz yerə, məsələn, "Bazar günün mübarək” kimi mesajlarla insanların rahatlığını,istirahətini pozmaq olmaz. Anlayırlar ki, əgər bu cür standart mesajları kiminsə telefonuna göndərsələr və bir adam hər bazar günündə onlarla belə mesaj alsa, elə onları oxumaq, sonra o mesajlar yazılmış şəkilləri, videoları telefonun yaddaşından pozmaq özü bir əziyyətdir. Anlayırlar ki, bu cür mesajlar göndərməklə adamın gününü mübarək etməzlər, tam əksinə, əsəb gətirə bilərlər. Ən yaxşı halda (ki, o da rastıma çıxmayıb) sosial şəbəkələrdə, ümumi bir mesajla gözəl həftə sonu diləklərini yazarlar.

"Roma Papasından artıq katolik” deyimini hələ uşaq vaxtlarımda eşitmişdim və indi ora "Ərəbdən artıqƏrəb” misalını də aid edə bilərik, desəm, düşünürəm ki, yanılmaram. Təbii ki, hamımıza aid deyil, çoxlarımıza isə aid etmək olar. Hər cümə günü onlarla mesaj alıram. İnancı olan da, olmayan da "Cüməniz mübarək” mesajları ilə adamın həmən gününü məhv edir, əsəbləşdirirlər. Bəlkə kiməsə xoşdur, ancaq bunun hamıya xoş olduğunu demək olmaz axı. Təsəvvür edirsiniz, telefonun yaddaşında olan nömrələrin bir çoxundan "Cüməniz mübarək” mesajları gəlir, bura bir də digər sosial şəbəkələrdən (məs, fb) özəl mesajlarla gələn eyni məzmunlu mesajları daxil etsək yaranmış mənzərəni təsəvvür etmək o qədər də çətin olmalı deyil. Bir dəfə telefonumun yaddaşında 75 eyni məzmunlu mesaj pozmuşam. Yuxarıda "Ərəbdən artıq Ərəb” yazdım, əbətdə ki, cümənin tək ərəblərə deyil, bütün inanclı müsəlmanlara aidiyyatı var, xüsusi bir gün kimi. Mənim üçün isə xüsusiliyi onda olur ki, həmən gün hər mesaj gəldikcə əsəbləşirəm. Telefonun səsini alırsan, gələn vacib mesajları da eşitmirsən. Kaş anlaya biləydik ki, belə mesajlarla günü mübarək olmaqdan da çıxardırıq. Deyən lazımdır ki, mübarəklər, gündə mübarəklik qoymursunuz axı.

Ən qəribəsi də budur ki, indi yeni mesajlar da çıxıb, hər həftənin ilk iş günündə "Yeni iş gününz mübarək” və.s. bu səpkili mesajlar göndərirlər. Mən də burdan belə toplum mesaj göndərənlərin ömürlərinin sonlarına kimi olan bütün günlərinə toplum mübarək deyirəm. Həmçinin, mənə indiyə kimi göndərikləri, göndərəcəkləri (bu yazıdan sonra da!) bütün həftə günü mesajlarına cavab verirəm: bazar ertələriniz, çərşənbə axşamlarınız, çərşənbələriniz, cümə axşamlarınız, cümələriniz, şənbələriniz, bazar günləriniz mübarək. Bir sözlə, günləriniz mübarək.

Vüqar Abbasov. Niderland.

Vugarabbasov@hotmail.com

P.S. Bu baxımdan uzun-uzadı yazmaq olar, ancaq ehtiyac görmürəm. Əslində belə bir mövzuda yazmağına dəyərdimi, yoxsa yox, bilmirəm. Mən yazdım, qərar vermək sizdən: yazmağa dəyərdimi?

1 http://www.suallarlaislam.com/article/islamda-cuem%C9%99-guenue-n%C9%99d%C9%99n-cox-qiym%C9%99tlidir-cuem%C9%99-guenuenuen-%C9%99h%C9%99miyy%C9%99ti-n%C9%99dir




İmza:

YAZARIN ARXİVİ

2019-02-05 : Məzlum Məsum
2018-09-04 : Reportaj
2015-12-07 : Adsız yazı
SON XƏBƏRLƏR
2019-06-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK