adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Mart 2019 15:54
10807
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: ADAMLI AĞRI...

Hiss edirəm gecənin
damarında ağrı var...
Özünü bu gecəyə -
əzizlədir ağrılar...

Bir ulduzu xatirə ,
biri nağıl tamlıdı...
Şaxələnən ağrılar -
arxalı - adamlıdı!

Duman kimi , çən kimi
səssiz çökür ruhuma...
Gün qovuran dən kimi -
şehin tökür ruhuma...

Təklyimlə heç - heçə
Ay da məni ötürmür...
Qəribədi bu gecə -
ağrı minnət götürmür!