adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Mart 2019 12:05
15433
DÜNYA
A- A+

İraq 88 milyard axtarır: Spiker Vaşinqtona getdi

İraq parlamentinin spikeri Məhəmməd əl Halbusi Vaşinqtona səfər edib.

Adalet.az xəbər verir ki, bu məlumatı "Rudav” agentliyi yayıb. Məlumata görə, Halbusi Vaşinqtonda bir sıra yüksək vəzifəli şəxslərlə, o cümlədən ABŞ vitse-prezidenti Mayk Penslə də görüşüb. Səfərdə əsas məqsədin ABŞ-ın İraqa yatırımlarını artırmağa təşviq etməkdən ibarət olduğu vurğulanıb.

Qeyd edək ki, hazırda İraqın ölkədaxili konfliktdən sonra yaranan problemlərin öhdəsindən gəlməsi üçün 88 milyard dollara ehtiyacı var.