adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Mart 2019 10:05
15598
ELM VƏ TƏHSİL
A- A+

ADU-da Çin səhnəsində “Arşın mal alan” adlı bədii gecə keçirilib

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Dünya teatr gününə həsr olunmuş Çin səhnəsində "Arşın mal alan” bədii gecəsi keçirilib.

Adalet.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov incəsənət sahəsindəAzərbaycan-Çin əlaqələrinin inkişafından danışaraq, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında imzalanan müqavilənin əhəmiyyətini vurğulayıb.

R.Abbasov teatr sənətinin xalqlar arasında sülhün möhkəmləndirilməsi və qarşılıqlı anlaşmanın vacib vasitəsi olduğunuqeyd edərək, Azərbaycan-Çin teatr əlaqələrini inkişaf etdirmək üçün ADU nəzdində Konfutsi İnstitutunun təşkil etdiyi tədbirlərdən bəhs edib. R.Abbasov həmçinin qeyd edib ki, 1959-cu ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Arşın mal alan” operettası ilk dəfə Çin dilində Pekin Mərkəzi eksperimental teatrında səhnəyə qoyulub və sonradan Çin Milli Operası Uxan eksperimental opera teatrı, Tyanczin milli bədii teatrı və Çinin digər şəhərlərində "Arşın mal alan” operettası 300 dəfədən çox səhnələşdirilib və bu operetta Çin paytaxtında səhnələndirilən ilk xarici operettadır.

R.Abbasov əlavə edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş ” Azərbaycan Teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” çərçivəsində Bakıda keçiriləcəkbeynəlxalq elmi-praktik teatrlarının işində Çinin tanınmış teatr xadimləri iştirak edirlər. Azərbaycan teatrının yaradıcı qrupları, öz növbəsində, ənənəvi ifaçılıq sənət növlərinə həsr olunmuş Çin teatr festivallarında və forumlarda fəal iştirak edirlər.

Gecədə ölkənin musiqi mədəniyyəti tarixində ilk dəfə yazılan "Səyyah Sindibad” əsərinin müəllifi, bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanov çıxış edib. O, multikultural layihə olan rok-operasında dünya klassiklərinin şeirlərindən nümunələri, Azərbaycan, Çin, İtaliyan və digər dillərdə olan mətnləri, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirlərindən istifadə edildiyini qeyd edib.

R.Sədirxanov yaradıcılıq planlarını bölüşərək, ADU-nun Konfutsi İnstitutunun nümayəndələrinə layihənin həyata keçirilməsində yardım göstərdiklərinəgörə təşəkkür edib. Gecədəçıxış edən Üzeyir Hacıbəyovunev muzeyinin nümayəndəsi Aytən Heydərova Üzeyir Hacıbəyovun həyat və yaradıcılığının parlaq səhifələrindən, kompozitorunAvropa klassik və Azərbaycan milli musiqisinin ənənələrini birləşdirən, məşhur "Arşın mal alan”ın yaranma tarixi, ilk səhnələşdirilməsi və dünya şöhrəti qazanmasından danışıb.Sonda Çin aktyorlarının canlandırdığı"Arşın mal alan”operetta haqqında film qonaqlara nümayiş olunub.