adalet.az header logo
  • Bakı 17°C
28 Mart 2019 18:05
15659
DÜNYA
A- A+

ABŞ RUS HƏRBÇİLƏRİNİ QOVMAĞA HAZIRLAŞIR

Birləşmiş Ştatlar Rusiya hərbçilərinin Venesuealadan çıxarılması üçün bütün variantları nəzərdən keçirir. Reuters agentliyinin bununla bağlı verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə müxalifətin lideri Xuan Quaydonun xanımı Fabiana Rosaleslə görüşü zamanı bildirib.

«Rusiya bu ölkədən getməlidi»- deyə Tramp qeyd edib ki, «biz bununla bağlı bütün mümkün variantları nəzərdən keçiririk».

Görüşdə iştirak edən vitse-prezident Mayk Pens bildirib ki, rus hərbçilərinin Venesuelaya gətirilməsi «arzuolunmaz təxribatdı». «Biz Rusiyadan xahiş edirik ki, Nikolas Maduro rejiminə dəstək verməkdən əl çəksinlər. Ölkədə azadlığı bərpa etmək üçün Xuan Quaydonun tərəfinə keçsinlər».