adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Mart 2019 17:58
87724
GÜNÜN LƏTİFƏSİ
A- A+

Günün lətifəsi

Səhər-səhər Oğuz Ayvaz Aqil Abbasa deyir:

- Müəllim, belə iş olar, milli komanda bir oyun uduzub, bir oyun heç-heçə edib, oyunçuların hərəsinə beş min manat mükafat veriblər.

- Veriblər- veriblər də, istəyiblər ki, ruhdan düşməsinlər.

Oğuz:

- Pul olanda milli ruh olmur, gərək pulun verməyəsən ki, milli ruh yüksəlsin, yaxşı çalışsın.

Aqil Abbas:

- Oğuz, oğlum, sənin milli ruhunu və yaxşı çalışmağını stimullaşdırmaq üçün iki ay maaş verməyəcəm.