adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Mart 2019 13:00
56409
HÜQUQ
A- A+

İlqar Məmmədovun şərti cəzası ləğv olundu

REAL hərəkatının sədriİlqar Məmmədovun şərti cəzası ləğv olunub.Modern.azxəbər verir ki, martın 28-də Ali Məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsinin onun haqqında cəzasını dəyişdirib. Cəza 5 il 6 ay 9 günə endirilib və həmin müddət çəkilmiş hesab edilib.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilmişdi.

Ötən il Ali Məhkəmənin plenumu İ.Məmmədovun şikayətinə baxaraq, onun işini Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə İ.Məmmədov ötən il avqustun 13-də azadlığa buraxılıb.Qərara əsasən, onun cəzasının çəkilməmiş hissəsi 6 il müddətinə şərti cəza ilə əvəzlənmişdi.