adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Mart 2019 09:36
16792
İDMAN
A- A+

ŞƏRHÇİ BİŞMİŞ TOYUĞU DA GÜLDÜRDÜ

Xorvatiya ilə oyunu uduzduq. Təbiidi. Çünki Xorvatiya bir futbol ölkəsidi, böyük ənənələri var, komandada da ulduzlar oynayır. Bizim uşaqlar da əllərindən gələni etdilər. Bütün gücləri ilə oyunu xilas etməyə çalışdılar, bacarmadılar. Eybi yox, buna görə futbolçuları da qınamıram, olanımız budu. Uduzmağımızın bir səbəbi də yeni baş məşqçinin oyunu düzgün qura bilməməsi idi. Sanki uşaqlar məşqçisiz oyuna çıxmışdı. İlk oyundu, baxarıq da. Almeyda da bizdən oynasaydı, oyun bir az başqa cür alınardı. Mən başqa bir məsələyə toxunmaq istəyirəm. Deməli, idman şərhçisi Litva ilə oyundan qabaq stadionda Xorvatiya ilə görüşü şərh edir və sonda dedi ki, 1:2 uduzduq, uğurlu nəticədi.

Ədil İsgəndərov demiş, qadam, məğlubiyyətin də uğurlusu olur?