adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Mart 2019 19:05
10393
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: SONUNCUDAN ƏVVƏLKİ PIÇILTI....

Susub səssiz dayandım
bir sükut da boğuldu...
Sükutun ölümündən -
bir kədər də doğuldu...

Heç kim duymadı ancaq
kədəri , nə sükutu...
Tək o saydı olacaq -
gizli gedən süqutu!..

Yaşantımın hər anı
kirpiyimdən asıldı...
Kədərin fətvasıyla -
xəyal dünyam basıldı...

Cırmaqladım içimin
didiklənmiş yaxasın...
Atdı mənim çiynimə -
həsrət dərdin çuxasın...

Bir ömürü üyütdüm
sığındığım bucaqda...
Xəyalını böyütdüm -
mamırlanmış qucaqda...

Sözümün çalarları
qarışdırdı rəngini...
Ömrüm boyu gözlədim -
bir sevginin zəngini!..