Əbülfət Mədətoğlu: DAN ULDUZUNA OXUNAN ŞEİR
İçimdəki ən şirin
duyğu adındı sənin...
Dilimdəki bal , şəkər -
bil ki . dadındı sənin...
Bu göy üzü , bu yer də
yuvadı minbir dərdə!
Onlar mən olan yerdə -
özgən . yadındı sənin!
Könlüm, gizli dolduğun
için-için solduğun
pərvanəsi olduğun -
Bir tək QADINDI sənin!