adalet.az header logo
  • Bakı 19°C
26 Mart 2019 17:06
12390
SİYASƏT
A- A+

Çavuşoğlu: “Ərəb ölkələri ABŞ-dan qorxur”

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Donald Trampın Colan təpələrini rəsmən İsrailin ərazisi kimi tanıması qarşısında ərəb ölkələrinin susqunluğunu sərt şəkildə qınayıb.

Adalet.az xəbər verir ki, Aksuda çıxış edən Çavuşoğlu ərəb ölkələrini qorxaq adlandırıb.

"ABŞ prezidentinin Suriyanın Colan təpələrini işğalçı İsrailin ərazisi kimi tanıdığını təsdiqləyən imzaladığı o sənəd qarşısında bölgədəki ərəb ölkələrindən bir səs çıxdımı? İlk təpkini kim göstərdi? Türkiyə... Hətta Avropa İttifaqı da reaksiya göstərir, amma bəzi ərəb ölkələri Amerika və İsrailin qorxusundan səslərini çıxara bilmirlər” – Türkiyə XİN rəhbəri vurğulayıb.

O həmçinin bəyan edib ki, "Trampın imzası işğalı qanuniləşdirə bilməz. Bu imza hazırda İsraildəki seçkilər ərəfəsində çətin vəziyyətdə olan, korrupsiyada ittiham edilən Netanyahuya bir növ seçki hədiyyəsidir. Amma bunun bir faydası olmayacaq.”

Çavuşoğlu onu da bildirib ki, Colan təpələri Suriya ərazisidir və Tramp bu məsələni sanki böyük hünər göstərirmiş kimi, şouya çevirdi. Lakin bu gün Ankaranın Suriyadakı rejimlə münasibətlərinin yaxşı olmamasına rəğmən, Türkiyə ABŞ-n bu qərarını qətiyyən qəbul edə bilməz və bu, mümkün deyil.