adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Mart 2019 16:04
13186
İDMAN
A- A+

Millimiz qrupda son oyununa çıxır

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində son oyununu keçirəcək.

Adalet.az xəbər verir ki, futbolçularımız rumıniyalı həmyaşıdları ilə qarşılaşacaq. "Kuban” stadionunda keçiriləcək oyun saat 18:00-da başlayacaq.

Qrupun digər oyununda isə Rusiya və İrlandiya yığmaları üz-üzə gələcəklər və görüş saat 18:00-da start götürəcək.

Qeyd edək ki, bu qrupda İrlandiya seçməsi final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin etdiyindən hər iki oyun formal xarakter daşıyır.