adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Mart 2019 12:08
5330
HADİSƏ
A- A+

Qarayev prospekti istiqamətində avtobuslar işləyir

Qara Qarayev prospekti istiqamətində avtobuslar marşrut xətti üzrə fəaliyyət göstərir.

Bakı Nəqliyyat Agentliyindən Adalet.az -a verilən məlumata görə, hazırda Dakar dairəsində hərəkət normaldır. Belə ki, müntəzəm marşrut xətti üzrə avtobuslar və digər nəqliyyat vasitələri rahat şəkildə dairəyə daxil olaraq hərəkətlərini davam etdirirlər. Həmçinin Qara Qarayev prospektinin B.Nuriyev küçəsi ilə kəsişməsinədək yolda da hərəkət normaldır.

Bundan başqa Dakar dairəsindən metronun "Qara Qarayev" stansiyası istiqamətində avtobuslar marşrut xətti üzrə fəaliyyət göstərir.

Qeyd edək ki, bundan əvvəl Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq Qara Qarayev prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı.