adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Mart 2019 16:30
8259
MƏMLƏKƏT
A- A+

Bakıda avtomobil yük maşınına çırpıldı

Qaradağ rayonu Sahil qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

DİN-dən  Adalet.az-a verilən məlumata görə, martın 25-də Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Astara rayon sakini N.Məmmədov idarə etdiyi "Mersedes” markalı avtomobili qarşıda gedən Saatlı rayon sakini M.Gülalıyevin idarə etdiyi yük avtomobilinə vurub.

Nəticədə N.Məmmədovun sərnişinlərindən Lənkəran şəhər sakini Hüseyn Abdullazadə hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.