adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Mart 2019 15:45
16095
DÜNYA
A- A+

Paşinyan Müdafiə Nazirliyində qapalı iclas çağırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyində qapalı iclas keçirəcək.

Adalet.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Vladimir Karapetyan məlumat yayıb.

Onun sözlərinə görə, iclas bu gün axşam saatlarında baş tutacaq.

Paşinyanın sözçüsü iclasın detalları barədə informasiya verməyib.