adalet.az header logo
  • Bakı 13°C
25 Mart 2019 11:45
7324
MƏMLƏKƏT
A- A+

Daha bir kəndə təbii qaz verilib

İsmayıllı rayonunun daha bir kəndinə təbii qaz verilib.

SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, martın 25-də İsmayıllı rayonunun Qalacıq kəndinə ilk dəfə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 655 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 58 308 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Tədbirdə çıxış edən sakinlər kəndə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.