adalet.az header logo
  • Bakı 7°C
24 Mart 2019 15:30
8178
MƏMLƏKƏT
A- A+

Qəbələdə yaşayış evində partlayış

Qəbələ rayonunda yaşayış evində partlayış baş verib.

Adalet.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, partlayış ümumi sahəsi 240 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisində partlayış baş verib.

Partlayış dalğasının təsirindən evin döşəməsi dağılıb və arakəsmə divarlarında çatlar əmələ gəlib.

Yanğın hadisəsi olmayıb. Hadisə zamanı 4 nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.