Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Ağcabədi rayon Avşar kənd sakinləri Babək Tapdıqov, Amil Tapdıqov, Xaliq Əliyev və Hacılar kənd sakini Yaşar Hüsüyev mütəşəkkil dəstə təşkil edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olan məlumatla əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Tapdıqovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman 3 ədəd sellofan torbada və 52 ədəd kibrit qutusunda 2 kiloqrama yaxın, eləcə də siqaret qutusunda kazbeklərə doldurulmuş halda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıllıb, araşdırma aparılır.