adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Mart 2019 13:01
13931
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: Özümə bayram təbriki






























Ömrünə gün doğdu - çıxdı qarşına
Baxışa vuruldun . gözə vuruldun...
Baxmadın zamana . nə də yaşına -
Könlünə od salan közə vuruldun...

Qışın qarı qədər , yazı da sevdin
Yazın gülü qədər nazı da sevdin...
Çoxu da bəyəndin , azı da sevdin -
Dözümü oxşayıb . dözə vuruldun...

Sənin inancında paklıq birinci !-
Qarşına çıxan da bir ləl , bir inci...
Sarıl xoşbəxtliyə - nə küs , nə inci -
Bil ki, axtardığın düzə vuruldun!

Tükəndi günbəgün , azaldı ülfət
Sinəni dağladı bitməyən xiffət...
Səni sevmədilər, sən də Əbülfət -
Mədətoğlu oldun- sözə vuruldun!..