adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
23 Mart 2019 12:30
9714
GÜNDƏM
A- A+

Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda - VİDEO

Bu gün İslamabad şəhrində Pakistan Silahlı Qüvvələrinin hərbi paradı keçirilib.

"AzeriDefence”nin mlumatına görə, paradda Pakistan Ordusunun bölmələri ilə yanaşı Azərbaycan Ordusunun bir piyada bölməsi ayrıca kalonla, Azərbaycan bayrağını tribuna önündən keçib.

Azərbaycan Ordusunun hərbçiləri tribuna önündən keçərkən Pakistan dövlət rəhbərliyi ayağa qalxaraq heyəti salamlayıb. Paradın aparıcısı Azərbaycan dilində "Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan-Pakistan dostluğu!” ifadələri ilə ordumuzun hərbçilərini təqdim edib.

Müdafiə naziri Zaki Həsənov qonaqlarla birlikdə Pakistan istehsalı olan JF-17 "Thunder” döyüş təyyarəsinin nümunəvi uçuşunu izləyib.

Pakistan Xüsusi Təyinatlı Qüvvələri və qonaq ölkələrin paraşütçüləri ilə birlikdə təyyarədən tullanan Azərbaycan Dövlət Sərhəd Xidmətinin paraşütçüsü Abdulla Yusifov parad keçirilən meydana Azərbaycanın dövlət bayrağını gətirib.

Paradda iştirak məqsədi ilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.