adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Mart 2019 08:00
15458
DÜNYA
A- A+

Çində kimyəvi zavodda partlayış nəticəsində ölənlərin sayı 64-ə çatıb - YENİLƏNİB

Çinin Tszyansu vilayətində kimyəvi zavodda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 64-ə çatıb.

Bu barədə Yançen şəhərinin meri Sao Lubao bildirib.

O qeyd edib ki, hazırda 64 nəfərdən 26 nəfərin şəxsiyyətini müəyyən etmək mümkün olub.

X X X

22 mart, 20:39

Çinin Tszyansu vilayətində kimyəvi zavodda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 62-yə çatıb.

Bu barədə Çinin Mərkəzi Televiziyası xəbər yayıb.

X X X

07:17

Çinin Tszyansu vilayətində kimyəvi zavodda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb.

Trend-in məlumatına görə, partlayışdan sonra 16 yerli xəstəxanaya 640-a yaxın müxtəlif dərəcəli xəsarət alan çatdırılıb.

Vilayət hakimiyyəti bildirib ki, tibbi yardımın göstərilməsinə 3,5 min tibb işçisi, 90 tibbi yardım maşını cəlb olunub.

Yaralananlardan 32-nin vəziyyəti son dərəcə ağır, 58 nəfərin vəziyyəti isə ağırdır.