Şəhid ailələrinə bayram sovqatı çatdırıldı
Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlət başçısı İlham Əliyev tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Adalet.az xəbər verir ki, Novruz bayramı ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin şəxsi heyəti, Tovuz rayon İcra Hakimiyyətinin bir neçə şəhid ailəsinə bayram sovqatı çatdırılıb.
Şəhid ailələri bizə onların övladlarından əmanətdir!!!