Faiq QİSMƏTOĞLU: NÜBAR MAMAMIN BAYRAM PLOVU

FAİQ QİSMƏTOĞLU
48647 | 2019-03-20 14:11

... Məndurub yalan deyə bilmərəm. Ən azından ona görə ki, biz uşaq olanda bayramdaevimizdə şəkərbura , paxlava, qoğal, badambura... bişirilməzdi. Çünki Qarabağdao vaxtlar bu şirniyyatlar o qədər də dəbdə deyildi. Amma indi Bəhmənlidə hansıocağa, hansı qapıya, hansı evə getsən, orda şəkərbura, paxlava, qoğal... nəbilim nə qədər şirin şeylər görərsən...

MamamoğluTəbrizgildə nəinki Novruz bayramında, hətta adi günlərdə masanın üstündə budediyimiz şirniyyat məhsullarının hamısını görmək olar. Onun qızı Dilrubanın əlindənhər cür şirniyyat məhsulu bişirmək bacarığı gəlir. Amma mən şirniyyatı sevmədiyiməgörə, mamamoğlugilə gedəndə bu şirniyyatlara əl də uzatmaram. Ən çox eləmamamoğlu Təbriz şirniyyatı sevir. Hərçənd ki, həkimlər deyir ki, açıq ürək əməliyyatıolmusan, şirniyyata o qədər də meyl eləmə. O da ağına-bozuna baxmadan ürəyi istədiyiqədər o şirniyyatdan yeyir və gülə-gülə deyir ki, mən şirniyyatsız keçinə bilmərəmey!

Bizim kənddəNovruzu özgə cür keçirirdilər. Biz uşaq olanda düz bir ay qabaq Novruzahazırlıq görərdik. Düz bir ay qabaq yumurta döyüşdürməyə başlayardıq. Bəzi bicuşaqlar bizi aldadar, hind quşununyumurtasıyla hamımızın yumurtasını udardılar. Mamamoğlanları Tehranın, Təbrizin,Əhmədin, əmiuşaqları Zülfüqarın, Əbdürrəhimin, Əsgərin, Məhəmmədin, Mirələmin,Nazimin, eləcə də sinif yoldaşlarım Rəfaelin, Dilavərin, Yavərin uduzduğunu görəndəqanım qaralırdı. Onlar uduzurdusa, elə bil mən də uduzurdum.

Bir dəfəbizim bəxtimiz gətirdi. Yumurta döyüşərkən 40 yumurta udduq. Gəlib mamaoğlugildəqayqanaq bişirib yedik və yaxşı kef elədik. O vaxt hər adam da yumurtadanqayqanaq bişirməzdi...

Düz biray Bəhmənlinin "Çalağayında”, "Motorunda”, "Şirəliyində” yumurta döyüşdürərdik.Düz bir ay çilingağac, eşşəkbeli, xoşmətə oynayardıq. Çərşənbə axşamları xüsusiqarğıdan düzəlmiş cəvəran-cüllüt və qutular hazırlayardıq. Biz onları götürüb çərşənbəaxşamları evlərə gedərdik. Bizdə papaq atmaq yox idi. Bax, belə qutu sallamaq,cəvəran-cüllüt atmaq vardı. Və biz də onu atardıq, sonra da qoyulan paylarıbölüşdürərdik.

Həminaxşamları mamaoğlu Təbrizgilə, Yusif əmigilə, Seyidəli əmigilə, Abbas kişigiləgedərdik və hamımız birdən qapını açıb qarğıdan düzəlmiş qutunu içəriuzadardıq. Bizim üçün ən gözəl hədiyyə bayram yumurtası olardı. Düzdü, alma,armud, konfet, şokolad, qoz, fındıq qoyardılar. Ancaq payın içərisində ənşirini bayram yumurtası olardı...

Abbaskişigilə gedəndə rəhmətlik Ceyran xalanı həyətdə gördük. O da həyətdə bayramaşı dəmləyirdi. Aşın ətri burnumuza dəyəndə elə bil ki, dünyanı bizə verirdilər.Biz bayram aşı yeməyə yox, onların qapısına qutu sallamağa gedərdik. Hələ axşamyenicə düşürdü. Ceyran xala evə girənkimi Təbriz, Tehran, Əhməd, Məhəmməd və mən qarğıdan düzəlmiş cəvəran-cüllütüqapını açıb içəri uzatdıq. Qapını isə möhkəm-möhkəm örtdük. Otaqdan səs gəlirdiki, görəsən bunların qutusuna nə qoysaq ürəklərincə olacaq? Sinif yoldaşımızVeysinin səsini eşitdik: "Ay nənə, nə qoysan ləzzəti olmayacaq. Hərəsininqutusuna bir bayram yumurtası, alma, armud, qoz yığ! Bax, onda görəcəksən ki,uşaqlar nətəhər sevinirlər. Mən də Qismət əmimgilə qutu sallamışdım, Mirvarixalam bayram yumurtası, qoz, fındıq, alma, armud qoymuşdu. Elə ki, yumurtanıgördüm, o biriləri heç məni maraqlandırmadı da”.

Ceyranxala oğlu Veysinin dediyi kimi eləmişdi. Hamımızın qutusuna bayram yumurtası,qoz, fındıq, mer-meyvə yığmışdı. Həmin gün səhərə qədər yatmırdıq. Qapı-qapı gəzibbayram payı yığırdıq. Axırda da gəlib mamamoğlu Təbrizgildə Nübar mamamınbişirdiyi bayram plovunu yeyərdik. Nə anam, nə digər biblərim heç biri Nübarmamam kimi dadlı plov bişirə bilməzdi.

Bir dəfədə Nübar mamam plov bişirmişdi, qardaşım Elxanla onlara getmişdik. Qonaq çoxolduğu üçün ikimizə bir qabda plov qoydu. Amma qardaşım Elxan çox ərköyünolduğu üçün ayrıca plov istəyirdi. Mən də dedim ki, görürsən qonaqları çoxdur,gəl otur bir yerdə yeyək. O da gəlmədi, küsdü. Mən də plovun hamısını yedim.Sonra qardaşım hönkür-hönkür ağladı. Nübar mamam bunu bilib bir gündən sonraElxanı təzədən evə gətizdirdi, ona bir qazan plov bişirib masanın üstünə qoydu.Dedi ürəyin nə qədər istəyir ye! O da ürəyi istədiyi qədər yedi, sonra qalanınıda Tehrana, Təbrizə, mənə verdi...

Anam rəhmətlikbayramda nə az, nə çox düz 150 yumurta boyayardı. Çünki qohum-əqrəbayabayramlaşmağa gedəndə gərək evdəkilərin hamısına pay verəydin. O pay da yumurtaolanda çox gözəl idi. Xüsusən biz uşaqlar bayram yumurtasından yaxşı heç nətanımazdıq. İndi deyəsən belə adətlər yavaş-yavaş yaddan çıxıb. Heç Bəhmənlidədə əvvəllər olduğu kimi çoxlu yumurta boyamırlar və bayramlaşmağa gedənlər dəbir pay düzəldir, tay əvvəllər olduğu kimi ailənin hər üzvünə hədiyyə vermirlər.

Tay əvvəllərolduğu kimi, bir ay qabaq bayrama böyük həvəslə hamı hazırlaşmır. Nə əvvəlkidad, duz qalıb, nə də əvvəlki adətlər yaşayır. Hamısı yavaş-yavaş yaddan çıxır.Heç yaxın qohumlar belə əvvəllər olduğu kimi bir-birlərinin evlərinə gedəbilmirlər. Qardaş bacının qapısını açmır, bacı da qardaşın qapısını. Çünki gedəndəheç olmasa az da olsa bir pay aparmalısan. Allah zəmanınin üzünü qara eləsin,indi hər adamda belə imkan yoxdur. Sadəcə olaraq, çoxları elə bir-birinitelefonla təbrik eləyir.

Ancaq bugünə də şükür. Şükür ki, pis-yaxşı qazanımız qaynayır, ocağımız yanır, çox evlərdənşəkərbura, paxlava, qoğal ətri gəlir. Və gün o gün olsun, çox evlərdən yox, hərevdən bu şirniyyatların ətri duyulsun. Ən kasıb, ən imkansız adamın belə balasısevinsin. Heç bir evin başçısına Allah-Təala bu bayram günündə utandırmasın.Hamıya imkan yaratsın ki, bütün insanların evlərində bayram süfrəsi açılsin,bayram şamları yandırılsın. Bayramınız mübarək!

Sondabir hadisə yadıma düşür. Böyük Seyran Səxavət Qədir Rüstəmov haqqında yazdığı "Ağdamda Qədir Rüstəmovla atüstü söhbət”unikal müsahibəsində soruşur:

- Qədir,nə vaxt sevinirsən?

QədirRüstəmov:

-Balalarım sevinəndə mən də sevinirəm!..

... Balalarınsevinməyindən böyük xoşbəxtlik yoxdur. Allah bu bayram günündə bütün balalarısevindirsin!..


TƏQVİM / ARXİV