adalet.az header logo
  • Bakı 7°C
19 Mart 2019 13:19
11471
GÜNDƏM
A- A+

General iki oğlu şəhid olan ailəyə baş çəkdi - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Milli Qəhrəmanların, veteranların, QHT rəhbərlərinin, baş redaktorların iştirakı ilə Novruz bayramı münasibətilə respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid ailəsinə bayram təbrikləri və sovqatlar çatdırılıb.

Xidmətdən Adalet.az -a verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Qəhrəman Vahid Quliyev, Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri Məmmədhüseyn Sarıyev Nərimanov rayonunda şəhid Mahir Mirzəyevin, Nəsimi rayonunda Azər və Natiq Novruzov qardaşlarının və Sabunçu rayonu Zabrat qəsəbəsində Əlizaman İslamovun ailəsinə baş çəkib, bayram münasibətilə təbrik ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü sosial siyasəti, şəhid aiələrinə diqqət və qayğını öz fəaliyyətində prioritet götürən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti dövlət orqanı olaraq müxtəlif layihələr həyata keçirir.

Həyata keçirilən bu cür layihələr Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının ailələrinin qayğı ilə əhatələnməsi, onlara əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır. SHXÇDX-nin yerli idarə, şöbə və bölmələri tərəfindən bayram sovqatlarının paylanılması bugün başa çatdırılıb.