adalet.az header logo
  • Bakı 7°C
24 Mart 2019 10:35
15088
ƏDƏBİYYAT
A- A+

DEYİMLƏR

Biz tariximizin günahlarını düzəltmək iqtidarında deyilik.

***

Arada tikanlı məftil var. O taydakı qardaşıma baxanda gözümə girir.

***

Deyirik su aydınlıqdır. Bəs niyə bir millətin arasındakı Araz aydınlığa çıxarmadı bizi?!

***

At belində yovşanlı çöllərdən ətir alıb, yovşan ətri verən bizlərdən indi kif iyi gəlir.

***

Bu qaya qısırdı, arxasında igid oğulları yox.

***

Kim çaldı bizə "arxayınçılıq" adlı laylanı? İllərdir yerimizdən qalxa bilmirik.

***

Yurdsuzluqdan gecələr yerimizə qor dolmadı, yuxumuz ərşə çəkilmədi. Elə şirin yatdıq ki.

***

Türk dünyasının ortaq düşmənləri var. Amma tür dünyasının ortaq dostluğu yoxdur.

***

Dərdimi yazıb sənə göndərmişəm. Dərdimin üstünə dərd gətirmə. Əlac elə.

***

Vaxtsız ölən insanlar kimi vaxtsız öldü eşqimiz.

***

Ölüm, keç günahımdan. O, qızın dərdindən ölürdüm, ölə bilmədim.

***

Sən üstünə qar yağmış çiçək kimisən. Ətir saçmaq üçün himayədara ehtiyacın var.

***

Kədərim, qəmim o qədər çoxdur ki, gözümdə qəm, kədər toxluğu var.

***

Bu bağın gülünü. çiçəyini qəfəsdəki bülbülün ahı yandırdı.

***

Bu gecə də, gecədən keçdi. Sən geri dönmədin.

***

Ayrılmağımızın günah bölgüsünü apardım. Sənə məndən çox düşdü.

***

Etiraf edim. Səndən ayrılandan günüm gün deyil. İt əzabı çəkmək yoldaşım olub. Kaşkalar dilimi qabar edib. Neçə dəfə nağıl qurmuşam, almaları düşməyib. Qayıt, məni it əzabından, keşkələrdən, alması düşməyən nağıllardan xilas elə.

***

Ömrümün yazındayam. Günəşi bol, suyu bol.Şükür, firavanlıq olacaq.

***

Bu yolun insan ayaqlarının səsinə yaman ehtiyacı var.

***

Başımı sevgi qatsın, gözümü aça bilməyim.

***

Mən dünyanın qəm hədəfindəyəm.

***

Üzü Vətənə baxa- baxa bir ömürdü can verirəm.

***

O, qıza yazdığım şeirlərin misralarında böyük bir utancaqlığım var.

***

Dağların dərə sükutu yaman vahimələndirdi məni.

***

Dağların qolları üstündə illərlə xəstə yatan Şuşam mənim!

***

Quş qanadında anamın görüşünə getdiyim illər heyyyy... hardasınız?

***

Sənə gətirdiyim çiçəklərin ləçəyində bir arı azıb qalıb.

***

Məni gözündə saxlayıb, gözündən aralı qoymayan qız, nə olar mənə bir az azadlıq ver.

***

Milli mədəniyyətini qoruya bilməyən, yad mədəniyyətinin girovuna çevrilər.

***

Mütiliyi, yaltaqlığı özünə peşə seçərsən və heç zaman insan ola bilməzsən.

***

Araz- yaramızın qaysaq bağlamayan adı.

***

Gül satan qızdan bir dəstə gül aldım. Düşündüm kimə verim. Mənim anam, bacım, sevgilim yox ki. Yazıq gül boynunu büküb qaldı. Mənim və təkliyimin arasında.

***

Görəsən ədalətsizlik ədalətdən yaranıb, yoxsa ədalətdən ədalətsizlik?

***

Onun bir ümüd qapısı vardı. Qapıyı bağlayıb onu ordan uzaqlaşdırdılar.

***

Ağrılarımızı, əzablarımızı, itkilərimizi həmişə göz yaşlarımızla ifadə etmişik. İndi göz yaşımızı içimizə axıdırıq. Ətrafdakılar da göz yaşımızı görməyib bizə "bəxtəvər" deyirlər.

***

Pullu olub yekəxanalıq edəcəksənsə, kasıb olub dilənçilik etsən ondan yaxşıdır.

***

Dünya qadın sevgisindən yaransaydı belə qanlı- qadalı olmazdı.

***

Gedirsən get. Gözləmə ki, mən sənə "getmə" deyəcəm. Get. Bir də geri dönmə. Axı mən də yaşamaq istəyirəm.

***

Biz neyləmişik ki, ölüm yarandığımız gündən qarabaqara izləyir bizi?!

***

Kənddən şəhərə gəldim. Dedim, daha bəsdir kəndli olduğum. İndən sonra şəhərli olacam. İllərlə şəhərdə yaşadım, amma şəhərli ola bilmədim. Ara yerdə kəndçiliyimi də itirdim.

***

Dedilər filankəs göylə gedir. Dedim, yazıq neyləsin yerdə tıxacdır.

***

Eheyyy....! Torpaq üstündə gəzənlər, bilirsinizmi ki, belə getsə ayağınızın altındakı torpağı da, bir gün düşmən ayağınızın altından çəkib aparacaq. Bax, onda çəkisizlikdə qalacaqsınız.

***

Dostlar əllərində atdılar məni göy üzünə. Eələ istədim "əlvida". deyəm yer üzünə. Deyə bilmədim. Torpaq çəkdi məni özünə.

***

Yazlaşan, çiçəkləşən, gülləşən Vətənin qoynunda nə qədər tikanlar var.

***

Səninlə olacaq görüşlərimizin təqvimini özüm tutacam.

***

Kimsə dünyaya kişi kimi gəlmir. Həyatın kişilik sınağından keçib kişilik titulu qazanır.

***

Kəsək dağın yerinə ağladı. Çünki dağ ağlamağa öyrəşməmişdi.

***

İlahi, bu nədir, əzabı mərdə verdin, sevinci namərdə.

***

Ərkim çatmadı Ərk qalasına ərk eləməyə.

***

Gecələrimin ən qərib gecəsi oldu, sən yanımda olmayan gecə.

***

İki yüz il öhtəsindən gələ bilmədiyimiz düşmənin arxasında quduz köpəklər durur.

***

Daş deyiləm, divar deyiləm. İnsanam.Mənim də paxıllarım var.

***

Gözümlə qaşım arasında biri var. Qəfildən yaxalayacaq məni.

***

Anam torpağa qovuşub torpağın anası oldu.

***

Yuxularıma fələkdən gizlin gələn anam heyyy.....

***

Son mənzilimi də əlimdən aldılar. İndi cismim mənzilsiz, ruhum mənzilli. Deyirəm, nə yaxşı sonsuz göylər varmış.

***

Başı çovğunlu, ətəyi bürkülü dağlar, sizdən niyə perik düşdü insanlar?!

***

Qəmli dayanma. Quş olub pəncərənə qonacam, sənə şirin nəğmələr oxuyacam.

***

Səni güldən, çiçəkdən zövq alan görmədim. Bilmirəm, məndən zövq ala biləcəksənmi?

***

Daşı dərdə yoldaş elədilər. Daş əridi. Dərddən uzaq olun.

***

İşi keçənə baş əyənlər silinsin kişilikdən!

***

Şair var, sözü var, pulu yox, "şair var" pulu çox, sözü yox. Məhərrəm Şəmkirli,

AYB-nin üzvü.