adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Mart 2019 12:54
14052
ƏDƏBİYYAT
A- A+

QİYAMƏTƏ QALMAYACAQ

QİYAMƏTƏ QALMAYACAQ

Eşit məni qulağı kar,
gözləri kor qoja dünya!
Sənə bu jür deməyimdən
haqsız yerə məndən küsüb
injimə sən.
…Dərd əlindən qovruluram,
başdan aşıb dərdim, sərim,
nə vaxtadək dözəjəyəm,
bəs deyilmi dözdüklərim?
Elim-obam yağmalanıb,
insanlarım, torpaqlarım
əsir düşüb, damğalanıb…
Bilmirsənmi bunları sən?
Yox, bilirsən!
Qan yaddaşım –
qanlı yanvar,
Qarabağ tək, Xojalı tək
zaman-zaman sızıldayıb
sağalmayan dərdlərim var!
Qapanıbmı görən gözün,
hanı sənin haqlı sözün?
Bəs, onda sən,
nə vaxt kara gələjəksən?
Qoja dünya, bəsdir ayıl,
bəsdi bunja yatdıqların,
düşmənimə qujaq açıb
nazlarıyla oynadığın,
əllərindən tutduqların!
Artıq yetər,
bəsdi, bəsdi,
bu nə istək, nə həvəsdi?
Gəl javab ver bu sözümə,
dostam deyib, əllərimə
əl verəni,
şəhidimin məzarına
gül qoyanı, gül verəni,
mənə düşmən olanları,
məni dərdə salanları
tanımadın?
Yox, tanıdın!
Amma ondan soruşmadın
söylə kimsən, nədir adın?
Qoja dünya, bəsdir ayıl,
səslə oyat Xətaini,
babəkləri yuxusundan!
Əgər bu gün oyanmasan,
qaynamasa qeyrət qanın,
tariximdən yox olajaq
itib-batan adın, sanın!
Əgər bu gün qaniçənin
dərsin verib susdurmasan,
qaniçənə qan içirdib
öz qanını qusdurmasan
bağışlamaz bunu zaman,
gəl çıxarma bunu yaddan!
Onu bil ki, unutma ki,
düşmənimin əlləriylə
axıdılan bu haqsız qan
qiyamətə qalmayajaq,
vallah, belə olmayajaq!
billah, belə olmayajaq!

2019.




NƏSİMİNİN «ÖLÜMÜ»

Nəsimini soydular –
soydular diri-diri.
Qanından zövq aldılar
qansız, qan hərisləri…
Nəsimi sarsılmadı,
dönmədi inadından,
insanı, insanlığı
ujaldıb zirvələrə,
ölüm ayağında da
dedi Allahdır insan!
Düşmənlərin önündə
qatlamadı dizini,
rəngi saralar deyə
qanla yudu üzünü.
«Namus» dəllallarına,
insan jəlladlarına
bu, onun sərt sözüydü.
O qan adi qan deyil,
Nəsiminin vüqarı,
Nəsiminin özüydü.
Ölüm sarsıldı, çaşdı,
ölüm qorxuya düşdü.
Axı, belə ölümü
ömründə görməmişdi.
Ölüm vahimələndi,
birjə göz qırpımında
kəfəninə bələndi,
dözmədi, öldü ölüm.
Nəsimi gülüşüilə
ölümə güldü ölüm!
Ölməzlər ölə bilməz,
Nəsimi ölmədi, yox,
ölümün arxasınja
gülə-gülə daş atdı.
Ölümü ilə jahanda
ölümsüzlük yaşatdı…
Öz rəngini lalələr
alıb o vaxtdan bəri
Nəsiminin qanından.
Gəlin saymaz keçməyək
lalələrin yanından.
Al rəngi lalələrin
Nəsiminin qanıdı,
Nəsimi bu millətin
qeyrət kəhkaşanıdı!..
Hər il bahar gələndə,
qızıl rəngli lalələr
çöldə üzə güləndə
Nəsimi düşür yada.
Deyirəm nolaydı, kaş,
qeyrətdə, əqidədə
babamız Nəsimiyə
bənzəyəydik dünyada.

2018.


VAR

Baş açmıram başsızların işindən
Düz yolunu azdıran var, əyən var.
Jorabını papaq kimi başına,
Penjəyini şalvar kimi geyən var.

Zənn etmə ki, çətin olmur hər asan,
Gərək yolun axtarasan, tapasan.
Heç bilmirsən kimə qulaq asasan,
Dovşana qaç, tazıya tut deyən var.

Qış görmüşəm qürbət elin yayını,
Hər kəs gərək tapsın özjə tayını.
Halal çörək qazananın payını,
Arsız-arsız haramlıqla yeyən var.

Bir kökdənik – yarı mənəm, yarı sən,
Bir ağajın barı mənəm, barı sən.
Allah məni dostlarımdan qoru sən,
Sirr sözümü düşmənimə deyən var.

Bahar keçib, payız keçib, qış qalıb,
Ojaq sönüb, quru yanıb, yaş qalıb.
Kişi hanı? Çox papaqlar boş qalıb,
Nahaq yerə öz döşünə döyən var!

2019.


SAZ ÇALINIR

A duyğusuz, saz çalınır, qulaq as,
Qorqudumdan əmanətdi bizlərə.
Qoç Koroğlu qılınjını tullayıb,
Saz kökləyir, qoy eşitsin dağ, dərə.

Bihuş edib məni «Yanıq Kərəmi»,
Bu havaya oynamayın a qızlar!
Bu havada yana-yana qovrulan
Xan Kərəmin naləsi var, dərdi var.

Nurla dolsun Ədalətin məzarı,
Yana-yana ölüb getdi dünyadan.
Qatil oldu ona «Yanıq Kərəmi»,
Dedi sazım, mən yanıram, sən də yan!

«Baş Sarıtel» çalınanda göynəyir
Sinəmdəki sızıldayan aman, ah.
Bəsdir daha, insaf edin, nə olar,
Dərdlərimi tərpətməyin siz Allah!

Naşı əllər toxunmasın sazıma,
Hər simində bu xalqımın ruhu var.
İşdir, əgər ona nadan toxunsa,
Vallah, sazım nalə çəkər, qan ağlar!

A duyğusuz, saz çalınır, qulaq sa,
Qorqudumdan əmanətdi bizlərə.
Qoç Koroğlu qılınjını tullayıb,
Saz kökləyir, qoy eşitsin dağ, dərə.

2019.


MƏNƏ İNSAN GÖSTƏRİN

Mənə insan göstərin
Tək adı yox, sanı yox,
Özü də insan olsun!
Ağzından çıxan sözü
İnsan kimi dil açsın,
Sözü də insan olsun!

Mənə insan göstərin
El dərdini dərdi tək
Anlayıb bilən olsun!
Başını uja tutsun,
Öz yerində ağlayıb,
Yerində gülən olsun!

Mənə insan göstərin
Nə olar, qəbulumdu
Əlsiz, ayaqsız olsun!
Sözü gözləri desin
Anlayaram onu mən,
Dilsiz, dodaqsız olsun!

Mənə insan göstərin
Yalanlara uymayıb
Düzü düz deyən olsun!
Vüqarını əyməyib,
Lap o zəhər olsa da,
Sözünü yeyən olsun!

Mənə insan göstərin,
Axtarıb tapın onu,
Varsa, belə bir insan.
Qarşısında baş əyəm
Deyim yaxşı ki, varsan,
Əsl insansan, insan!

2019.


DAŞ ÜSTÜNDƏ BİTƏN ÇİÇƏK

A bəxtı kəm, bəxti qara,
Hardan gəlib düşdün tora?
De, sən hara, bu yer hara?
Heyrətləndim səni görjək,
Daş üstündə bitən çiçək.

Burda sənin bağınmı var,
Suyunmu, torpağınmı var?
Boy atan yarpağınmı var –
Bu daş sənə nə verəjək?
Daş üstündə bitən çiçək.
Həyanın yox, burda təksən,
Həsrət, əzab çəkəjəksən.
Gözündən yaş tökəjəksən,
İnadından bəsdir, əl çək,
Daş üstündə bitən çiçək.

Bu dünyanı yaxşı tanı,
Dünyada etibar hanı?
Sürüsündən ayrılanı,
Axırda qurd-quş yeyəjək,
Daş üstündə bitən çiçək.

2019.


YOLLAR

Yollar insana bənzər,
Yaxşısı var, pisi var.
Hamar olmur sərasər,
Eniş-yoxuşdu yollar.

Yol var – dağlardan keçər,
Yol var – çaydan, dənizdən.
Yol var - məskəni göylər,
Yol var – yolu duman, çən.

Yol var – sevinj gətirər,
Yol var – kədər, qüssə, qəm.
Yol var – səni itirər,
Yol var – sən itirərsən.

Yol ümiddi, işıqdı,
Arzudu, diləkdi yol.
Ömrə bir yaraşıqdı
Hamıya gərəkdi yol.

Yol varsa, yolun da var,
Çəkinmə, düş izinə.
Dərd odur ki, bu yollar
Bağlı qala üzünə.

Qoy yollar açıq olsun,
Yolsuz qalmasın insan.
Tanrım bizi qorusun,
Yolsuzluq bəlasından.

2018.


MƏHƏBBƏT

Nəyə qadir deyil məhəbbət, nəyə,
Dünyanı yaratdı, qurdu məhəbbət!
Jahan məhəbbətlə bəzənsin deyə,
Ona öz möhrünü vurdu məhəbbət!

Bəzən sükutludu, bəzən sözlüdü,
Bəzən utanjaqdı, bəzən üzlüdü.
Şahin qanadlıdı, qartal gözlüdü –
Bəzən də gözləri kordu məhəbbət!

Kimə bəlli deyil ünvanı, adı,
Jəmi ujalardan başdı, ujadı.
Dünyamı qojadı, omu qojadı,
Dünyadan yaşını sordu məhəbbət!

Aqilə döndərər o nadanı da,
Silər yer üzündən qan-qadanı da.
Məhəbbət yaradıb yaradanı da,
Aləmə nur saçın nurdu məhəbbət!

Gah sərin meh oldu, gah səmum oldu,
Daş qəlblər hökmüylə dönüb mum oldu.
Dağlar parçalandı, daşlar qum oldu,
Dəryada dağ kimi durdu məhəbbət!

2016.


QORXURAM

Bu dünyanın sevinji də qübarmış,
Bir üzü qış, bir üzü də baharmış.
Doğru sözü söyləməyə nə varmış,
Olmayanı söyləməkdən qorxuram.

Hər küləyə səmum deyən az deyil,
Yumurtadan yun um deyən az deyil.
Gördüyünə göz yum deyən az deyil,
Görə-görə görməməkdən qorxuram.

Axı, mənə oğul deyib bu Vətən,
Oğul kimi çox borjluyam ona mən.
Tanrım rəhm et, Vətənimə sağ ikən,
Borjlarımı verməməkdən qorxuram.

2016.



ANA VƏTƏN, AÇ QOYNUNU

Ana Vətən, aç qoynunu gəlmişəm,
İjazə ver, qoy başına dolanım.
Bir janım var, qurbanındır o sənin,
Neyləyim ki, budur olmaz-olanım.

Qürbət eldə həsrətini çəkirdim,
Gejə-gündüz sızlayırdı ürəyim.
Yavanlığa tapmayanda heç nəyi,
Göz yaşımla islanırdı çörəyim.

Qoy diz çöküb, ayağına yıxılım,
Bir də öpüm torpağını, daşını.
Sən ujasan, boyum çatmaz boyuna,
Qurban olum, aşağı əy başını.

Ay Tərtərli, ujalarsan daha da,
Vallah, əgər bu torpağa əyilsən.
Öp, gözünün üstünə qoy sən onu,
Vətəndəsən, qürbətdə ki, deyilsən.

2019.