Əbülfət MƏDƏTOĞLU: YERİN ÜSTÜNDƏ BAYRAMDI

ƏBÜLFƏT MƏDƏTOĞLU
50023 | 2019-03-23 10:00

Səhərin gözü hələ açılmamışdı. Tək-tək pəncərələrişıq-işıq oyanırdı. Adama elə gəlirdi ki, oyanan pəncərələrgöy üzündəki sayrışan ulduzların əvəzidi - İndi ulduzlar çəkilib gedəcək,pəncərələrin işıqları bəzəyəcək dünyamızı, şəhərimizi.

Gecəninyuxusuzluğunu əsnəməklə canından silkələyib tökməyə çalışan və tək-tək yanmağabaşlayan pəncərələrə ümid yeri kimi baxan ürəyim yataqdan qalxıb həyətə çıxdı.Əslində bu, təkcə ürəyimin, oyaq duyğularımın yarıqaranlıq səhərə üz tutmasıdeyildi. Bu, həm də ürəyimin bütün gecəni içində qovurduğu vurub-çıxdığı,toplayıb böldüyü, amma nəticəsini, hasilini tapa bilmədiyi bir yaşamınnarahatlığı idi. Mənə elə gəlirdi ki, gecənin qaranlığı Ayın, ulduzların işıqlarınabələnsə də, ürəyimə yükdü, ürəyimə zindandı, sıxır məni. Sıxdıqca da ürəyimindöyüntüsü də artır, həyəcanı da... və mən elə məhz bu səbəbdən dan yerininsökülməsini gözləməyə özümdə güc tapmadım. Bircə onu bildim ki, adəti üzrəişıqlarını söndürüb yatdığımız otaqdan özümü həyətə atdım (bu yerdə yadımahəmişə məndə təbəssüm doğuran bir dostun "mən on yaşımdan həyataatıldım"- sözləri gəlib düşür, məsələyə dəxli olsa da, olmasa da).

Qəribədi,şəhərdə yaşasam da, məskunlaşdığım ərazidə əməlli-başlı bir kənd abu-havasıhökm sürür. Xoruzlar banlayır, itlər hürür, hətta beş-on mal-davarını otarmağaaparan məhlə adamlarının da söhbətləri eşidilir. Çox təəssüf ki, bu mal-davarsaxlayanlar hərdən şəhərin yaşıllığına da bir "qayçı gəzdirirlər"fərqinə varmadan. Bax, belə bir səhərdə daha doğrusu, açılmaqda olan səhərdəmən narahatlığını anladığım ürəyimlə var-gəl edirəm. Kənardan baxan bunu səhəridmanı da saya bilər. Ancaq mənim bu anda nə idmanlıq, nə də onun barəsindədüşünəcək həvəsim yoxdu. Çünki çoxumuza problem olan təzyiq məsələsi də ikigündür mənimlə xudahafizləşmir, çağrılmamış qonaq kimi kəsdirib yanımı. Təbiiki, burada təbiətin də öz diktəsi var, necə deyərlər, arğac ondan keçib.Üstəlik də bizim ekoloqlarımız əməlli-başlı "qaş düzəltmək əvəzinə göz tökürlər".Onlar obyektivlik naminə hava proqnozunun sonunda hər gün meteohəssas adamlarada xəbərdarlıq edirlər. Təbii ki, bu onların vəzifəsidi, ancaq insanlarınpsixologiyasını, hazırkı iqtisadi durumdan yaranan stresslərini nəzərə almamaqda doğru deyil. Gərginlik içində olan insanlara elə meteohəssas sözü kifayətedir və belə olanda istər-istəməz Sovet dönəmini xatırlayıram. Az qala 45-46dərəcə isti altında kətmən vuran, pambıq yığan, təsərrüfatla məşğul olaninsanlar görəsən meteohəssas deyildilər, yoxsa onda Günəş başını basdırıbyatmışdı, partlayışlarla işi yox idi?! Və yaxud göydən hansısa bir cisim qopubüzü yerə tərəf gəlmək fikrinə düşmürdü, zəlzələlər, vulkanlar baş vermirdi, nəisə...

Busualları elə-belə sözgəlişi yazdım, onsuz da ekoloqlarımız da bilir nə edir,stresi yaradanlarımız da, onu yaşayanlarımız da. Bu yerdə "çax-çaxın başağrıtmasına" ancaq ironiya ilə gülmək olar. Necə ki, düşündüklərimə məhzözüm də elə o cürə gülürəm...

Deməli,cəmiyyət, quruluş dəyişsə də problemlər dəyişməyib, sadəcə kosmetikəməliyyatlar, bir az da cərrahi müdaxilələr olub və olmaqdadı. Bu hər şeyolmadığı kimi, hər şeyin olmağı da demək deyil. Elə kədərin, dərdin özündə dəbunu hiss etmək olar.

Oyanabilmirsən əvvəlki vaxtda

Qopmurkirpiyindən bu yaz yuxusu…

Sankibədəninə isti yataqda -

Bükülübbu fəslin bəyaz yuxusu!..


Dağılıbyastığa qarışıb telin,

Üzündəngözəllik boylanan gəlin…

Qurulmuşsaata uzanan əlin -

Uzatmaqistəyir bu naz yuxusun…


Gördüyünruhmudu, yoxsa ki, mələk,

Əbülfət,beləsi doğulur tək-tək!

Durub bir kənarda ya şəklini çək -

Ya da ki, şair tək sən yaz yuxusun!..

***

Səhərin gözləri açılmağa başladı. Bu vaxt qulağıma çoxtanış və şirin bir səs gəldi. Bir qəribə duyğu ilə sağa-sola boylandım. Hələbudaqları çılpaq olan ağacların arasından gəlirdi bu səs. Xüsusi bir maraqla osəsi axtarmağa başladım və tapdım. Sinəsi sarı, ovuc içi boyda olan bu balacaquşcuğaz (nədənsə kənddə biz ona Bayramquşu deyirdik -Ə.M) Bakıya da gəlibçıxmışdı. Özü də Novruz bayramının əvvəlində, axır çərşənbədə. Çox qəribəoxuyurdu, elə bil darıxmışdı. Səsində ayrılıqdan qurtuluşun istisi də vardı,qayıdışın sevinci də. Doğrusu məni çox mütəəssir etdi, haldan-hala saldı vəözüm də hiss etmədən sinəsinin altı sapsarı olan bu balaca bayram quşunaçevrilib Bakıdan Qarabağa sarı uçub getdim. Öz üdə birbaşa kəndimizə... ammaevimizə yox, öncə kollarının arasından əlimi tikanlar didə-didə bənövşələrdərdiyim "Quşlu dərə"dəki bulağın üstünə. Ürəyim susamışdı o bulağındodaqları üçün, gözləri üçün. Ürəyim, əllərim, gözlərim hansı kolun dibindəneçə bənövşə olduğunu yadda saxlamışdı, ona görə də birbaşa ora uçub getdim.Getdim ki, ürəyimin yanğısını söndürüm.. getdim ki, sayını, yerini bildiyimbənövşələri dərim, bulağın üstündə heç kimin ağlına gəlməyən sıx böyürtkənkollarının arasındakı nərgizləri toplayım. Yaşıdlarım arasında təkcə mən onərgizlərin yerini bilirdim. Onu başqa kimsə dərməsin deyə, gizləndiyi yerəətrafdan quru çör-çöp gətirib bir çəpər çəkirdim, gizlədirdim onu hamıdan,gizlədirdim ki, onu heç kim görüb dərməsin. Mən o nərgizi həmişə ən çoxsevdiyim müəllimimə aparırdım. Amma çox-çox illər sonra bildim ki, sən deməmüəllimim nərgiz gülünü sevmirmiş, sadəcə mənim qəlbimə toxunmamaq üçünnərgizləri qəbul edirmiş. Özəl bir həyatın xatirəsi nərgiz gülünü mənə doğma,ona isə yad edibmiş...

Topladığım güllərlə məğrur bir görkəm alıb görüşəgedənlər kimi yavaş-yavaş evimizə tərəf gedirəm. Getdikcə heyrət və ağılasığmazdəhşətli bir ağrı məni bürüyür - evimiz yoxdu, çəpərimiz yoxdu, həyətimizdəkimeyvə ağacları necə doğranıbsa izi də qalmayıb. Bir anlıq mənə elə gəlir ki,yolu səhv salmışam, harasa özgə bir yerə gəlib çıxmışam. Ancaq yox... mənyanıla bilmərəm. Özümü yanılmadığıma inandırmaq üçün evimizin qarşısından keçənyolun üstündəki qaya parçasını axtarıram. Hə, bu daş parçası yerindədi. Deməlionun üstündə dəmir parçası ilə ovduğum hərflər də yerində olmalıdı. Əlimi daşınmamır tutmuş çöhrəsinə sürtürəm, ovcumun istisi ilə bu daşı əzizləyə-əzizləyəonun sinəsindəki yazıları axtarıram. Mamır dolub dəmir parçası ilə ovduğumrəqəmlərin izlərinə. Qoparıram onları. Tarix olduğu kimi qalır - 24.05.1976. Bumənim orta məktəbdəki son zəngimin tarixidi. Başqa heç nəyi axtarmağa gücümçatmır, əlim daşlaşır sanki, ruhum donur sanki, eləcə o daşa söykənibbünövrəsinə qədər yanıb dağılmış evimizə baxıram. Həyətimizdə bitən qaratikankollarını seyr edirəm. Bu kollar da puçurlayıb. Baharın nəfəsi buralara dagəlib çatıb. Mən isə...

Həsəd apardım sənə, Bayramquşu!. Çünki səni orda dagördüm, Bakıda da. Sən nə qədər cəsarətli, nə qədər qoçaq imişsən! Sən səngəridə rahatca ötüb getmisən, sən o dağılmış yurdumda da öz nəğməni oxuyursan. AmmaBakıdakından fərqlidi o nəğmən. Çünki o nəğməndə daha çox çağırış, fəryad,qisas notları var. Yadıma zindandan məktublar yazan böyük şair Musa Cəlildüşür. "Quşcuğaz" şeirini xatırlayıram. Nə isə...

Gəlib çatdı vaxt, vədə

Bənövşə gözün açdı.

Nə varsa təbiətdə

Damarına su qaçdı...


Torpaq yarıyuxulu,

Ağaclar da puçurlu...

Bu gələn yaz quşları

Budaq-budaq uçurtdu...


Ömrün təzə səhifəsi

Yazılır yenə gül-gül...

Qıra bilmir qəfəsi -

Hələ ki, Xarı bülbül...


Bir coşqunun içində

Süzür hər kəs bu vaxtı.

Baharın gəlişiylə -

Açılır yerin baxtı...

***

Son vaxtlar hər şeydə nəsə bir qeyri-adilik axtarıram.Hətta aylarla, günlərlə gözümün qarşısında olanlarda da nəsə yeni cizgilərtapmaq istəyirəm. Bu bəzən alınır, bəzən isə yox. Bundan üzülsəm də, fikrimdən,israrımdan çəkilmirəm, eləcə axtarıram... bax öncədən dediyim kimi yuxusunukirpiyimdə yandırdığım, dan yerini gözlərimdə açdığım həmin bu səhərdə də mənnəsə axtarırdım. Bəri başdan deyim ki, bu axtarışım boşa getmədi, Bayramquşunutapdım, kəndimə gedib-gəldim və bir də həmişə qanımda, canımda olan ən əzizvarlığı özümlə birlikdə bu gün gedə bilmədiyimiz o yerlərə aparıb gətirdim,özünün xəbəri olmadan. Apardım ki, o da görsün, tanısın, xatırlasın, onun dayaddaşı təzələnsin. Mən bacardığımı elədim - apardım onu! Ancaq bilmədim ki, o,mənimlə getmişdi və bir də o da mənim yaşadıqlarımı yaşadımı?..

Deyə bilərsiniz ki, bunu özündən niyə soruşmursan.Ancaq unudursunuz ki, mən heç vaxt ondan heç nəyi soruşmuram. Onunbaxışlarından, görkəmindən, nəfəsindən, hərəkətlərindən, davranışından soruşmaqistədiklərimi oxuyuram, özü də bacardığım kimi. Bəzən bütöv cümlələrlə, bəzənqırıq-qırıq, ancaq özüm oxuyuram.

İndi artıq evdəkilər də oyanıblar, dan yeri dəsökülüb, Günəşin "üst dodağı görünür". İşığı getdikcə ətrafı bürüyür.Mənə elə gəlir ki, bir neçə saatdı ki, dayandığım yerdən tərpənməsəm haragedib-gəldiyimi də biləcəklər, yanımda kimin dayandığını da görəcəklər, bu gecədə yuxusuz qaldığımı anlayacaqlar və sonra da başlayacaq çoxlu suallar,narahatlıqlar. İndiki halda isə suallara cavab verməyə iynə ucu boyda da gücümqalmayıb. Sadəcə getmək istəyirəm, çıxıb getmək. Hara olur, olsun! Bu dan üzüyaşadıqlarımı axtarıb tapmaq üçün getmək istəyirəm. Ancaq necə? Adam özüözündən çıxıb gedə bilirmi? Çox qəliz sualdı. İnanmıram ki, kimsə özündənçıxıb, axtardığı özünə gedə bilsin. Mən bu qarışıq fikirlərin içindəevdəkilərdən ayrılıb işə yollanıram. Yolboyu həmin o düşüncələr məni tərketmir, üstəlik mənə elə gəlir ki, indi sən artıq yanımda deyilsən, məni təkqoyub sən də öz işinə çıxıb getmisən. Qınamıram. Burda faciə sayılacaq heç nəyoxdu, amma düzünü deyim ki, getməyini istəmirəm, tək qalmaq istəmirəm.Səbəbini özün düşünərsən. Mən isə özümə təsəlli kimi öz misralarımıtəkrarlayıram.

Gəlib öpə bilmirəm,

Gözə təpə bilmirəm,

Vallah səpə bilmirəm -

Torpaq, yarama səni!


Sözdən böyük ölçüm yox

Başqa fikrim-öcüm yox!

Bağlamağa gücüm yox -

Yarpaq, yarama səni!


Uzaq düşmüş didərgin…

Yoxdu başqa bir dərdim.

Məni hara and verdin -

Dedi, arama səni!..

Hə, bu yazı ilaxır çərşənbə ilə Novruzun üz-üzəgəldiyi və dan yerinin hələ qaranlıqdan çıxa bilmədiyi bir məqamda bilgisayaraköçürüldü. Necə deyərlər isti-isti. Bilmirəm necə alındı, ancaq inanın ki, mənyaşadıqlarımı və duyğularımı yazdım, necə varsa elə. Başqa cür yaza bilmirəm.Sadəcə, bu yazının yaranmasında bir məqam var.Onu da dilə gətirməkistəyirəm. Belə ki, ötən ilin son çərşənbəsinə iki gün qalmışatam dünyasını dəyişdi. Ona görə də nə son çərşənbə tonqalını qaldıq, nə dəbayram ovqatı yaşadıq. Çünki evimizin, ailəmizin böyüyü, ağsaqqalı, hərbirimizin dayağı Tanrı dırgahına qovuşmaqla bizi bayram ovqatlı yer üzündə,daha doğrusu, yerin üstündə Allah ümidinə qoyub getdi... Bu il isə sonçərşənbəyə iki gün qalmış atamdan ayrılığımızın bir ili tamam oldu. Nəvələrinxatirinə son çərşənbə tonqalını yandırmaq ümidindəyəm. Ona görə qəti deyəbilmirəm ki, son söz Tanrınındı. Amma mən üstündə bayram olan bu dünyanın Yeradlı bu guşəsində atamın məzarının 1yaşını təbrik etdim və yazdım ki:

Bir il...

sözlə ifadə asan

rəqəmi isə

qələmdi yazan...

Ürəyim

sözlə rəqəmi

bir-birinə

uyğun tutur

bəzən...

Amma

yavaş-yavaş

bir ilin

bir an olduğuna

inandırır məni

zaman...

Görünür

cismən ayrılıq

heç nə apara bilmir

qalan ruh isə

səninlə olur anbaan...

Həyatın diqtəsilə

belə bir fikri də

özündə aşılayır adam

deməli,

ruhun mənimlədi

mən şadam...

Məzarının bir yaşı

mübarəkdi,atam!

Təəssüf ki,bu bayram ovqatımızın üzən məzənnədən yararlanan qiymət qayğısı öz rəngini elə tündləşdirib ki, necədeyərlər, bazar od tutub yanır. Bir yana baxanda yanmaq özü də çərşənbənin birəlamətidi. Yəqin bazarda oturanlar yerin üstündə son çərşənbə tonqalının"barıtını” çox etməyi xoşlayırlar. Bir də ki…

Hə, birdə ki, deyəsən yerin üstü getdikcə daralır mənim üçün. Nə isə…

Bayramınızmübarək!

ƏbülfətMƏDƏTOĞLU


TƏQVİM / ARXİV