YENİ GÜN OVQATI

FƏRİDƏ RƏHİMLİ
24823 | 2019-03-20 11:16

"Novruzbizim ən qədim

millibayramımızdır.

O xalqın ənəziz bayramıdır."

Heydər Əliyev.

Baharın gəlişini müjdələyən, qəlblərə sevgi, sevinc, ilıqlıq gətirənNovruz, əminliklə deyə bilərəm ki, xalqımızın sevdiyi ən əziz, ən gözəl bayramlardanbirincisidir. Azərbaycan xalqının bir çox bayramları mövcuddur, amma Novruzunyeri tamam başqadır.

Xalqımızın lap qədimdən gələn bu bayramla insanlara həmişə həyatınçətinliklərinə sinə gəlməsi, dərd-qəmini unutmağa çalışması aşılanır, bubayramı yüksək əhval-ruhiyyə ilə, əməyə məhəbbətlə keçirirlər. Çünki Novruzadətlərində ulu babalarımızın müdrikliyi, dünyagörüşü, humanistliyi özünügöstərir. Novruz sərhəd bilməyən, çox geniş yayılan, yazın gəlməsini, yeni əməkmövsümünün başlanmasını vəsf edən böyük el bayramıdır.

Klassik poeziyamızın ən parlaq ulduzu sayılan Nizami Gəncəvi Novruz bayramıgünlərində havanın tam özgə hava olduğunu, gül-çiçəyin gözəlliyini, aləmin nuraboyandığını yaradıcılığında tərənnüm edib. Ədəbiyyatımızın əzəmətlisütunlarından biri klassik şairimiz Məhəmməd Füzuli də öz qəsidəsində"cahanın xoş dəmləri var" deyərək təbiətdə baş verən dəyişiklikləripoetik dillə könül şairi kimi tərənnüm edib.

Şah İsmayıl Xətai "Dəhnamə" əsərində fəsilin dəyişilməsi, baharıngəlməsi ilə bitkilərin oyanmasını, torpağın, havanın dəyişməsini, quşların dahada canlı hərəkətini tərənnüm edib. Novruz bayramında M.P.Vaqifin diqqətini cəlbedən isə, cəmiyyətdəki ictimai məsələlər, iqtisadi problemlərdir. Yəni eladətinə görə, Novruz bayramında hamı - kasıb da, varlı da özünə ocaq yandırıb,qazan asmalı, ailəni, uşağı sevindirməlidir. Ancaq şairi kəndlinin acınacaqlıyaşayışı, özünə ruzi belə tapa bilməməsi düşündürürdü. Şair "Bayramoldu" şeirində Novruz ərəfəsində insanların hansı məsuliyyət hissi ilə qarşılaşdığınıqələmə alıb. Novruz bayramına S.Ə.Şirvani, Q.B.Zakir, M.Ə.Sabir, Aşıq Ələsgərdə biganə qalmamışlar. Əsasən Aşıq Ələsgərin yaradıcılığında bayram mövzusununtərənnümü qırmızı bir xətt kimi onun poeziyasından keçir.

Bütün dövrlərdə qüdrətli söz ustalarımız Novruzu baharın gəlişi iləsəciyyələndiriblər. Bahar şeirin-sənətin gözü, təbiətin ən gözəl qızıdır. Xalqşairi S.Vurğuna görə, gözəlliklə yanaşı, bu bayram xalqımızın ən ulu, ənmüqəddəs bayramıdır.

Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşğunluğu, torpağa, insanaməhəbbət bayramı kimi ta qədim zamanlardan sevilib. Bu bayramda yaxşılıq,xeyirxahlıq, Vətəni sevmək kimi yüksək keyfiyyətlər əks olunur.

Ulu dədələrimizdən bizə çatan məlumat budur ki, bayram günü küsülülərbarışar, qəmli-qüssəli oturmaq olmaz, səməni göyərdilməsinin ayrıca yeri var.Həm də belə bir inanc da qeyd edilir ki, bu bayram günlərində öz evindəolmayan, 7 il evində olmaz. Məhz bunun üçün də gərək hamı bayramı öz evindəkeçirsin.

Adətən Novruz bayramında xalqı şadlandırmaq və əyləndirmək üçün mədəniyyətişçilərimizin hazırladığı rəngarəng oyun və tamaşalar nümayiş etdirilir. Beləki, Kosa və Keçəlin məzhəkələri, at çapmaq, qılınc oynatmaq, kəmənd atmaq,kəndirbaz, pəhləvan oyunları, ox atmaq və şux nəğmələr dediklərimizadətlərdəndir.

Novruz bayramı ərəfəsində görkəmli söz usdası M.Şəhriyarı yada salmamaqədalətsizlik olardı. Bizim fikrimizcə Şəhriyar qədər bu bayramı axıcı, təsvirvə tərənnüm edən başqa bir şair yoxdur.

Novruzu bəzən İslamla, bəzən atəşpərəstliklə - Zərdüştiliklə bağlamağaçalışdılar. İslamdan əvvəl xalqın, millətin və hər tayfanın özünəməxsusmərasimləri, adət-ənənələri, mədəniyyətləri və ədəb-ərkanları var idi ki,onlara uyğun hərəkət edirdilər. O adət-ənələrin bəzisi yaxşı bəziləri isəəksinə idi. İslam dini gələndən sonra camaatın və tayfaların arasında olan buadət-ənənələri nəzərdən keçirərək onların yaxşılarını təsdiq edib bəyəndi,pislərini isə qadağan və haram etdi. Novruz camaatın öz qanunu və adət-ənənəsiidi. İslam dini sülhsevər və müharibə etməyə əsasən müxalif olduğundan buadət-ənənənin çox gözəl bir əməl olduğunu gördü və camaatın bu adət-ənənəsini təsdiqedib bəyəndi.

İmam Sadiq (ə) deyib: "Novruz elə bir gündür ki, günəş ilk dəfəişığını bu gündə yerə salmışdı. Bizim axırıncı övladımız İmam Zamanın (ə.c)zühuru güman var ki, bu Novruz günündə olacaq. Buna görə də Novuz bizim vəşiələrimizin günüdür".

Novruz bayramında insanlar bir-birinin evinə hədiyə aparırlar. İslam diniNovruz bayramında olan əməlləri təsdiqlədi və bəyəndi.

Novruzun müsbət hərəkətlərdən biri də Novruz bayramında küsənlər barışar,övladlar gəlib ata-analarını ziyarət edər, rəhmətə gedənləri yad edər, qohuməqrəba, bir-birinin evinə gedərlər. Bunlar çox gözəl əməl və hərəkətlərdir ki,bu barədə istənilən qədər hədis və rəvayətlərimiz var. Hədislərdə vardır ki,əgər bir mömin başqa bir möminin ziyarətinə gedərsə və məqsədi yalnız və yalnızonu ziyarət etmək olarsa, Allah-təala ona belə xitab edər: Ey zəvvar! Sənpaksan, Cənnət də sənə pak və halal olsun!

Novruz bayramı münasibətilə müxtəlif yeməklər hazırlanar, şəkərbura,paxlava, qoğal bişirilər, səməni cücərdilər, yumurta boyanar, şam yandırılar,süfrəni yeddi s-dən ibarət su, sirkə, sumağ, soğan, salat, səməni, səbzi və bukimi nemətlərlə bəzədilər. Həmçinin süfrəyə Quran və güzgü qoyarlar. Çərəzetmək üçün süfrəyə iydə, püstə, badam, ləpə gətirərlər. Bundan əlavə balığıbişmiş halda və ya qabın içində diri halda süfrəyə qoyurlar. Evlərə papaq atar,qapı arxasından kiminsə söhbətinə qulaq asar və bütün bu kimi əməlləri özlərinəadət-ənənə kimi hesab edərlər.

Novruz bayramının neçə min il bundan əvvəl yarandığını söyləyirlər. Bu onugöstərir ki, Novruzun izləri atəşpərəstlikdən də əvvələ gedib çıxır. Müasirdövrümüzdə isə bu böyük el şənliyi Azərbaycanın hər bir bölgəsində dahatəmtəraqla qeyd olunur.

Novruza - Yeni Günə ümid bəsləyənlər, arzularınız çin olsun! Ümidlərinizbahar tumurcuqları kimi çırtlasın! Zəhmətiniz qarşılıqlı, əməyiniz bəhrəliolsun! Açılan sabahda üzləşdiyiniz sevgi, xoş ovqat, gülümsəyən günəş olsun!Sabahlarınız xeyirlə, günləriniz gözəlliklə açılsın!

NovruzBayramınız mübarək!


TƏQVİM / ARXİV