adalet.az header logo
  • Bakı 20°C
19 Mart 2019 11:33
13319
MƏMLƏKƏT
A- A+

2 nömrəli uşaq evində Novruz şənliyi keçirilib

Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki 2 nömrəli uşaq evində Novruz şənliyi keçirilib. 

"Əmioğlular-4” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləri Riyad Əliyev və İlham Məmmədovun təşəbbüsü ilə baş tutan şənlikdə uşaq müəssisələrində yaşayan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, eləcə də aztəminatlı ailələrin uşaqları iştirak edib. "Əmioğlular-4” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquq üzrə müşaviri Bəhruz Sadıqov tədbiri açıq elan edib. 

Bildirib ki, təmsil etdiyi təşkilat bu kimi xeyriyyə tədbirlərini daimi olaraq həyata keçirir. B.Sadıqov Novruz Bayramının əhəmiyyətindən danışıb. Qeyd edib ki, növbəti tədbir Aprel zəfərinin növbəti il dönümü ərəfəsində baş tutacaq. Tədbirdə həmçinin ölkə ictimayyətində tanınan ziyalılar, müqənni və bir sıra tanınmış iş adamları iştirak edib. 150-yə yaxın uşağın iştirak etdiyi tədbirdə Novruzun əsas personajları sayılan Keçəl və Kosa uşaqları əylənib. Sonda tədbirdə iştirak edən uşaqlara bayram hədiyyələri təqdim olunub. 


Eyni zamanda ölkənin ictimai-siyasi həyatında daim fəal olan şəxslərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. Təltif olunanlar arasında Riyad Mühafizə Xidmətinin rəisi Etibar Qasımov, Hacı Nuran və digərləri də var.