adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Mart 2019 18:22
9314
MƏMLƏKƏT
A- A+

VƏTƏNDAŞA QAYĞI ÖN SIRADADIR

Prezident İlham Əliyevin birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsinin daha da genişləndirilməsi, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında verdiyi Sərəncam vətəndaşlar tərəfindən böyük sevinc və fərəh hissi ilə qarşılanıb.

Prezident İlham Əliyevin və ölkəmizin Birinci xanımı Mehriban xanım Əliyevanın şəhid ailələri ilə keçirdikləri həmin görüşdə şəhid ana və atalarına, onların övladlarına göstərdikləri doğmalıq və qayğı faktoru növbəti dəfə sübut etdi ki, cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir və O, illər öncə verdiyi vədini öz əməli işləri ilə sübuta yetirir.

Bu fikirlər Şabran rayonunda rayon İcra Hakimiyyətinin baçısı Novruz Novruzov və millət vəkili Tahir Süleymanovun şəhid ailələri, Qarabağ əlilləri, Çernobıl Əlilləri və kimsəsiz, imkansız ailələrlə keçirdikləri görüşdə vurğulanıb.


Şabrandakı "Günel” şadlıq sarayında bayram süfrəsi arxasında keçirilən tədbirdə çıxış edən RİH baçısı Novruz Novruzov və millət Tahir Süleymanov qeyd ediblər ki, ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahə­sində mühüm tədbirlər həyata keçirilir. Bu sahədə Şabran rayonunda da müəyyən lazımi işlər görülür, qayğıya daha çox ehtiyacı olanlar rayon rəhbərliyinin diqqqət mərkəzindədirlər.

Görüşdə iştirakçılar tərəfindən qaldırılan problemlərə münasibət bildirilib, bəzi ilə elə yerindəcə lazımi tapşırıqqlarverilib.

Görüşdə çıxış edən Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Deputat 200 nəfərdən ibarət şəhid ailələri, Qarabağ əlilləri, Çernobıl Əlilləri və kimsəsiz, imkansız ailələrə bayram sovqatı paylanıb.

Millət vəkilinin bu xeyixah əməli vətəndaşlar trəfindən böyük razılıqla qarşılanıb.

Çingiz Xalidoğlu,

"Şabran” qəzetinin baş redaktoru