adalet.az header logo
  • Bakı 19°C
18 Mart 2019 18:16
12906
SAĞLAMLIQ
A- A+

Şəkərli diabet xəstəliyinin yayılması, müalicəsi və profilaktikası haqqında fikirlər

Müasir dövrdə insanları narahat edən xəstəliklərdən biri də şəkərli diabetdir. Şəkərli diabet orqanizmdə insulin çatışmazlığı, mikro və makro damar fəsadları ilə özünü büruzə verən, müxtəlif orqan və toxumalarda digər patoloji dəyişikliklərlə müşayiət olunan xəstəlikdir. Bu xəstəlik dünya səhiyyə təşkilatlarının ciddi problemlərindəndir. Statistik məlumatlara görə hazırda yer kürəsindəki əhalinin 400 milyona yaxını bu xəstəlikdən əzab çəkir. Yaxın gələcəkdə bu rəqəmin 550 milyona çatacağı gözlənilir. Ümumiyyətlə, şəkərli diabet dövrün həyat tərzinə çevrilmişdir. Onu da qeyd edək ki, yuxarıda göstərilən rəqəmlər tibb müəssisələri tərəfində qeydiyyata alınan xəstələrin say göstəricisidir. Gizli gedən, qeydiyyata alınmayan xəstələr hesaba alınarsa, göstərilən rəqəmlər xeyli arta bilər.

Şəkərli diabet erkən əlillik verməklə yanaşı, ürək-damar fəsadları yaratmaqla yüksək ölüm faizi verən xəstəlikdir. Mədəaltı vəzi tək endokrin vəzi olub, əsasən həzm fermentləri ifraz edir, həm də alfa, betta hüceyrələri insulin və qlukogen hormonları sintez edir. Delta hüceyrələri isə somatostatin sintez edir.

Böyük adamın mədəaltı vəzində 170 milyondan 200 milyona yaxın lanqerqans adacıqları var. Lanqerqans adacıqları ilk dəfə 1864-cü ildə Lanqerqans tərəfindən təsvir olunmuşdur.

Şəkərli diabetin müalicəsində ən böyük inqilab hələliik insulin pereparatının kəşfi ilə əlaqəlidir. Bu pereparat ilk dəfə 1923-cü ilin yanvar ayının 23-də kanadalı alim Fridrix Bantiq (1891-1941) tərəfindən səhiyyədə tətbiq olunub. Bu kəşfə görə F.Bantiq və işlətdiyi laboratoriyanın müdiri C.Makleod fiziologiya və səhiyyə üzrə "Nobel” mükafatına layiq görülüb.

İnsulinin kəşfi milyonlarla xəstəni ölümdən xilas etmişdir. Təbabət inkişaf etdikcə, insulinin digər sintetik variantları alınmışdır. Sonralar onlarla şəkərsalıcı dərmanlar və biqunidlər kəşf edilmişdir. Diabetin sosioloji ciddiliyi onun yaranma səbəbinin elmi axtarışlarını intensivləşdirməyi və patogenezinin əsas bəndlərinin aşkar edilməsini tələb edir.

Şəkər xəstəliyinin yayılma coğrafiyasına nəzər saldıqda bu xəstəliyin bəzi regionlarda daha çox, digər yerlərdə isə nisbətən az yayldığını görürük. Amma ümumilikdə, xəstəlik artmaqda davam edir.

Əvvəldə qeyd etdiyimiz kimi, şəkərli diobet xəstəliyi olan insanlar dövlət tərəfind