adalet.az header logo
  • Bakı 20°C
18 Mart 2019 18:10
8792
MƏMLƏKƏT
A- A+

KƏSİLMİŞ BAŞLARIN GÖZ YAŞI

2-3 ay bundan əvvəl dostum gilə getmişdim. Gördüm ki, həyətdə dostum ovçu paltarında tüfəngini silir. Görüşdük. Soruşdum ki, "hara gedirsən?”. Dedi – "Ova gedirəm”. Məni gülmək tutdu. Dedi: - "Xeyir ola niyə gülürsən?” Dedim – "Ayə, indi meşə var ki, ovu da ola?” Yayda balalarımı maşına qoyub tut yeməyə, nar yığmağa gələrdim. İndi iki-üç dənə qovaq ağacları qalıb. Elə bil onlar da ölmüş meşənin baş daşlarıdı. Dostum mənə də tüfəng tapdı və təklif etdi ki, dovşan ovlayarıq. Biz Kürün qırağıyla gedəndə hər yan yurğunluq idi. Birdən gözümə yenicə kəsilmiş söyüd ağacı dəydi. Yaxınlaşdım, kəsilmiş ağacın başında yaş gördüm. Sanki bu ağac özü kimi canlı ikən kəsilmiş başları ağlayırdı. Axı meşənin nəzarətçisi var. Son iki ildə hörmətli prezidentimiz İlham Heydər oğlu Əliyevin meşənin inkişaf etdirilməsi haqqında sərəncamları olmuşdu.

Rus yazıçısı L.Tolstoy deyib ki, "Meşədə cavan bir ağacı kəsilmiş gördüm, elə bildim ki, qolumu kəsiblər. Bu xırslar bizim yaşıllığımıza niyə belə qənim kəsiliblər?!

Hazırda ölkəmizdə meşə ilə örtülü sahə 1021.88 ha təşkil etməklə, ümumi ərazinin 11.8 faizi qədərdir. Hər adama təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə azdır.

Biz bilməliyik ki, meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferin çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə siyasətini meşələrin inkişafı Departamenti vasitəsilə həyata keçirir.

Axı hələ Ulu Öndərimiz Heydər Əliyev 20 dekabr 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırmışdır ki, dövlət və yerli özünüidarəetmə orqanları ölkədə meşələrin bərpa edilməsi ilə bağlı proqramlar hazırlasınlar. Bəs bu meşəyə qənim kəsilənlər ulu öndərimiz Heydər Əliyevin və onun layiqli varisi, hörmətli prezidentimiz İlham Əliyevin hər il əlində lapatka ağac əkdiklərini görmüyüblərmi?! Bəzi yerlərdə heç bir bar verməyən və ya bizim iqlimə uyğun gəlməyən ağaclar əkirlər. Yaxşı olmazmı ki, bu ağacların yerində ölkədə ipəkçiliyi inkişaf etdirmək üçün çəkil ağacları əkilsin. Alma, armud, alça və sair meyvə ağacları əkilsin.

Mənə elə gəlir ki, bu gün hamımız əlimizə lapatka almalıyıq. Meşə təsərüfatını inkişaf etdirərək sağlamlığımızı qorumalıyıq. Kəsilmiş ağacların başı ağlamasın.

Əlifayım İSMAYILOV

AYB-nin üzvü