adalet.az header logo
  • Bakı 11°C
18 Mart 2019 17:53
7870
MƏMLƏKƏT
A- A+

Aztəminatlı ailələrin nümayəndələri ilə görüş-FOTO

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov2019-cu il martın 18-də Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının binasındaaztəminatlı ailələrin nümayəndələri iləgörüşmüşdür.

Millət vəkili K.Qafarov ölkəmizdə gedən son quruculuq proseslərindən, sosial-iqtsadi tərəqqidən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının əhalinin rifahının yüksəldilməsinə yönəlmiş, xalqın ürəyindən xəbər vermiş tarixi sərəncam və fərmanlarından, yeni islahatların stragesiyasından geniş söhbət açmışdır.

Sakinlər ötən həftənin sonunda öz işini başa çatdırmış Bakı Humanitar Forumu, Azərbaycana onlarla dünya şöhrətli siyasi xadimin gəlişi, ondan əvvəl ölkə rəhbəri İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanını Şamaxı və Ağsu rayonlarında zəlzələdən ziyan çəkmiş insanlarla görüşü və digər əlamətdar hadisələr haqqında ətraflı şəkildə məlumatlandırılmışlar.

K.Qafarov bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı ərəfəsində əfv fərmanı imzalayaraq 431 ailəni ürəkdən sevindirmiş və hər azərbaycanlının Prezidenti olduğunu növbəti dəfə sübuta yetirmişdir.

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov vəsakinlər çıxış edərək əhalinin rifahına yönəlmiş son sərəncam və fərmanlara görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Görüşün sonunda millət vəkilitədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etmiş, aztəminatlı ailələrə, əlil və şəhid ailələrinəbayram sovqatları təqdim olunmuşdur.