adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Mart 2019 17:49
8715
MƏMLƏKƏT
A- A+

Bulvarda Novruz şənliyi keçiriləcək

Dənizkənarı Bulvar İdarəsi paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı və əyləncəli şou proqramlarla zəngin Novruz Şənliyinə dəvət edir.

İdarədən verilən məlumata görə, martın 21-dən "Doğma Bulvarda Novruz” adlı bayram proqramı təqdim edəcək. Kukla Teatrının arxasında yerləşən meydanda 4 gün ərzində əsl Novruz ab-havası yaşanacaq.

Meydanda artıq bayram çadrları, milli oyunlar və animasiya üçün meydança qurulub. Meydandakı böyük səhnədə rəngarəng rəqs və müsiqi proqramları təqdim olunacaq. Bayram günlərində milli rəqs ustad dərsləri, Nağara şou və ustad dərsləri, əl işləri üzrə ustad dərsləri təşkil olunacaq. Alovla Şou nümayiş etdiriləcək. Xüsusilə uşaqlar üçün maraqlı proqramlar nəzərdə tutulur – onlar sevimli cizgi filmi qəhrəmanları ilə görüş, açıq meydanda gün ərzində bir neçə dəfə uşaq nağılları tamaşası, kukla teatrı tamaşası izləmək imkanı qazanacaqlar. Bayram tədbirində paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı sürprizlər gözləyir.

"Doğma Bulvarda Novruz” adlı bayram tədbiri Martın 24-nə qədər davam edəcək.